Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
59356
az

SON DƏQİQƏ! Məşhur qətldə adı hallanan dünya çempionu azadlığa buraxıldı

17:2908 Oktyabr, 2021
632
  • A

Bakıda kriminal avtoritetin qətlində ittiham olunan Zaur Yusifov və Həsən Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu24.com -un  xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Həsən Tağıyev 18 il azadlıqdan məhrum edilib. Zaur Yusifovun qətldə iştirakı sübuta yetirilməyib və ona bəraət verilib. Zaur Yusifov məhkəmə zalaından azadlığa buraxılıb.

Qeyd edək ki, məlum qətl hadisəsi 2019-cu il may ayının 10-na keçən gecə Bakının Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində, İsrafil Haşımov küçəsində baş verib.
1995-ci il təvəllüdlü Həsən Tağıyev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 2008, 2012, 2013, 2014-cü illərdə Cinayət Məcəlləsinin 315.1, 315.2, 221.1-ci maddələri ilə məhkum olunmuş 1988-ci il təvəllüdlü Emin Səfərovu çoxsaylı bıçaq xəsarətləri ilə qəsdən öldürüb.

Həsən Tağıyev saxlanılıb. Qətllə bağlı 1984-cü il təvəllüdlü Zaur Yusifov isə mayın 12-də şübhəli şəxs qismində tutulub.

Xatırladaq ki, qətlə yetirilən Emin Səfərov kriminal aləmdə "Emin 444" ləqəbi ilə tanınıb. O, "Lotu Quli” kimi tanınan kriminal avtoritet Nadir Səlifovun yaxın adamı kimi təqdim edilib.

Zaur Yusifov kikboksinq üzrə dünya çempionudur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan və İranda taktiki təlimlər keçiriləcək
Zakir Həsənov Arnold H.Kammeli qəbul etdi
İtkin düşən əsgərimizin nəşi tapıldı

Marsda donmuş su aşkar edildi-FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Bakıda məktəbdə dəhşətli anlar: Mühafizəçi məktəblini döydü
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
MÖCÜZƏ! Bir dəstə Şüyüd 10 Xəstəliyi belə SAĞALDIR
ABŞ-də ticarət mərkəzində atışma: 4 nəfər öldü