Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
58399
az

"Koronavirusun əlamətləri dəyişib" - Həkimdən xəbərdarlıq

08:5112 Sentyabr, 2021
1271
TİBB
  • A

“Koronavirusu simptomsuz keçirən və virusa yoluxduğunun fərqində olmayan insanlar avtobusa, metroya minərək hamını yoluxdururlar”.

Medicina.az xəbər verir ki, bunu Türkiyənin məşhur həkimi, professor Mehmet Ceylan “DHA”ya müsahibəsində söyləyib.
Onun sözlərinə görə, COVID-19-a yoluxan uşaqlarda müşahidə olunan kliniki əlamətlərdə dəyişikliklər baş verib.

“Əlamətlər tam dəyişib. Əvvəllər hərarət, baş və bədən ağrıları, dadbilmənin pozulması ön planda idisə, indi daha çox adi soyuqdəymə əlamətləri özünü göstərir”, - o qeyd edib.

Professor bildirib ki, yetkin şəxslərin 85 %-i, uşaqların isə 90 %-i koronavirusu simptomsuz keçirir:

“Avtobusa minirsiniz, tutaq ki, orada koronavirusa yoluxmuş bir sərnişin var. Amma fərqində deyil, qızdırması yoxdur, heç bir şikayəti yoxdur. Maskasını da düzgün taxmır. Həmin şəxs bütün avtobusu yoluxdurur. Bu xüsusiyyət tamamilə COVID-19-a aiddir. Qripdə belə olmur. Qripə tutularaq xəstələnən adamlarda mütləq müvafiq əlamətlər olur”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Zaqatalada qətlə yetirilən qadın müəllim imiş