Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
56443
az

Azərbaycanda şok hadisə: Qapını qırıb,yatmış qadını zorladılar - VİDEO

20:3313 İyul, 2021
714
REDAKTORUN SEÇİMİ
  • A

Sabirabadda qadın əmioğlular tərəfindən döyülərək zorlanıb.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, rayonunun Həşimxanlı kənd sakini 1977-ci il təvəllüdlü qadın polisə müraciət edərək bildirib ki, iyunun 12-də saat 22.00 radələrində kənd sakinləri olan əmoğlular - Faiq Əmrahov və Əvəz Əmrahov onun yaşadığı mənzilə daxil olaraq əvvəlcə onu döyüb, sonra da zorlayıblar. 

44 yaşlı qadın olanları belə xatırlayır:

“Həmin gecə saat 22:00 olardı. İki nəfər evimin qapısını sındırıb basqın elədilər. Evə girən kimi Faiq adlı adam məni döydü. Saçımdan tutub məni evdə sürüdü. Nə qədər qışqırdım səsimə hay verən olmadı. Sonra da təcavüz elədilər. Bir də ayıldım ki, heç kim yoxdur çıxıb gediblər. Çox sərxoş idilər. 3 gün sonra polisə müraciət elədim. Gəldilər apardılar şöbəyə. Şöbədə də olanlara nə olmuşdu hamısını dedim. Anası minnətə gəlmişdi, deyirdi pul verək, torpaq, ev verək, şərait yaradaq sənə. Mən də imtina etdim, dedim istəmirəm, qışqırdım evdən qovdum”.
 
Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 149.1-ci (zorlama) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.  

Qeyd edək ki, təcavüzə məruz qalan qadının həyat yoldaşı bir neçə il bundan qabaq dünyasını dəyişib. O, 13 yaşlı oğlu ilə birgə yaşayır, kənd mağazalarından birində xadimə işləyir.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xankəndidə konsulluq açmaq Rusiyanın nəyinə lazımdır?
Bakıda dəhşətli anlar: Süpürgəçi qadın öldü,ofisiant yaralandı

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Zaqatalada qətlə yetirilən qadın müəllim imiş