Hindistanın Utter Pradeş ştatında toyda faciə baş verib.
Oxu24.com xəbər verir ki, bu barədə “Times of India” məlumat verib.
Manqeş Kumar adlı gəncin Surbhi adlı qızla toyu, doğma kəndi Samaspurda baş tutmalı imiş. Adətə uyğun olaraq, bəyin ailəsi gəlinin evinə çatıb və ənənəvi hind toy mərasimi başlayıb. Mərasim zamanı yeni gəlin baş ağrısından şikayətlənib, daha sonra huşunu itirib.
O dərhal xəstəxanaya aparılıb. Həkim bildirib ki, yeni gəlin ürək tutmasından dünyasını dəyişib.
Ailənin başına gələn kədərə baxmayaraq, Kumara Surbhinin kiçik bacısı Nişa ilə evlənməyi təklif ediblər. Bəy isə bununla razılaşıb və toy davam edib.(Report)
Oxu24.com
ŞƏRHLƏR