Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
53875
az

SON DƏQİQƏ! Hava ilə bağlı vacib açıqlama

10:5310 May, 2021
3868
REDAKTORUN SEÇİMİ
  • A

"Ölkə ərazisindən atmosfer cəbhəsinin keçməsi nəticəsində gecə saatlarından hava şəraiti dəyişib. Respublikanın əsasən şimal və qərb rayonlarında yağıntı müşahidə olunub”.

Oxu24.com-un məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva  bildirib.

Onun sözlərinə görə, qərb küləyinin sürəti saniyədə 30-34 metrədək güclənib.

"Bu proses gecə ərzində respublikanın demək olar ki, əksər rayonlarında müşahidə olunub”.

Xidmət rəisi qeyd edib ki, bu gün saat 10-11 radələrinədək Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir:

"Artıq gündüz yağışın tədricən kəsilməsi proqnozlaşdırılır. Bu gün ərzində Abşeron yarımadasında güclü külək əsəcək. Küləyin ani maksimal sürətinin saniyədə 30 metrə çatacağı ehtimal olunur. Gecəyə doğru külək mülayimləşəcək”.

O, əlavə edib ki, mayın 11-dən 14-dək ölkə ərazisində xoş hava şəraiti müşahidə olunacaq: 

"Zəif külək üstünlük təşkil edəcək. Havanın temperaturu get-getdə  yüksələcək. Hətta mayın 12-14-də paytaxtda maksimal temperatur 25-27 dərəcə, respublikanın Aran rayonlarında isə 30 dərəcəyədək yüksələcək”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xankəndidə konsulluq açmaq Rusiyanın nəyinə lazımdır?
Bakıda dəhşətli anlar: Süpürgəçi qadın öldü,ofisiant yaralandı

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Zaqatalada qətlə yetirilən qadın müəllim imiş