Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
52320
az

Bakıda taksi sürücüsündən müştərisinə qarşı İNANILMAZ CİNAYƏT – TƏFƏRRÜAT

14:2108 Aprel, 2021
1955
  • A

Bir neçə ay əvvəl Bakıda öz müştərisinə qarşı soyğunçuluq etmiş taksi sürücüsünün törətdiyi əməlin təfərrüatları məlum olub.

Publika.az xəbər verir ki, taksi sürücüsü, 1995-ci il təvəllüdlü Nurlan Şahverdiyev müştərisi, Rüfət M.-in içində ə 1287 manat nağd pul, 800 manat dəyərində 750 əyyarlı 4.5 qram çəkidə olan brilyant qaşlı kişi üzüyünü, sənədlərini və “Wolksvagen Tiguan” markalı avtomobilin mühərrikinin pompasının valını açıq yolla talayaraq ona 2.667 manat ziyan vurmaqla soyğunçuluq edib.

Məlum olub ki, N.Şahvrdiyv icarə əsasında “Renault Tondar” markalı avtomobillə *0404 şirkətində taksi sürücüsü işləyir. O, yolda hərəkətdə olarkən Rüfəti müştəri kimi götürüb. Rüfət sürücüyə Badamdardakı avtomobil ehtiyat hissələri mağazasına, oradan da Babək prospektinə gedəcəyini deyib və 15 manat verəcəyini bildirib. Tərəflər razılaşıblar və əvvəlcə ehtiyat hissəsini götürərək Xətai rayonu istiqamətinə hərəkət edərək. Avtomobil Babək prospektinə çatanda Nurlan maşında elektrik problemi yarandığını bildirərək maşını söndürüb. O, Rüfətdən mühərriki işə salmaq üçün düşərək nəqliyyat vasitəsini itələməsini xahiş edib. Rüfət də taksi sürücüsünün xahişini yerə salmayıb və maşını itələməyə başlayıb. Bu zaman mühərriki işə düşüb və Nurlan maşını hərəkətə gətirərək uzaqlaşıb. Müştəri bir qədər onun arxasıyca qaçsa da, çata bilməyib.

Bildirilir ki, soyğunçu sürücü maşında qalan pulqabının içindəki pulları və bahalı üzüyü götürərək sənədləri yol kənarına atıb. O, univermağa gedərək üzüyü 290 manata satıb.

Artıq N.Şahverdiyev tutularaq məsuliyyətə cəlb edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Nadzor” işlədiyi təcridxanaya dustaq kimi getdi
Öldürülən FHN əməkdaşının FOTOSU
Yevlaxda 24 yaşlı oğlan qətlə yetirilib

Süni intellekt ölümlərin qarşısını alacaq

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Mehriban Xanlarovaya hücum oldu - Avtomobilinin qarşısını kəsdilər +VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
MÖCÜZƏ! Bir dəstə Şüyüd 10 Xəstəliyi belə SAĞALDIR
“Nadzor” işlədiyi təcridxanaya dustaq kimi getdi