Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
52032
az

Qadınla kişinin bir-birinə münasibətdə hansı haqları vardır?

22:3003 Aprel, 2021
3100
CƏMİYYƏT
  • A

Ailə həyatının davamlı olması və ailə ocağında səmimiyyətin hakim olması üçün qadınla kişi bir-birinə qarşı bəzi haqlara riayət etməlidirlər. Bu haqlarla tanış olaq:

1. İtaət. İmam Baqir (ə) buyurur: "Bir qadın Peyğəmbərin (s) xidmətinə gəlir və deyir: "Ərin xanımı üzərindəki haqqı nədir?". Həzrət Peyğəmbər (s) buyurur: "O zaman ki, qadın beş vacib namazını qılar və Ramazan ayının orucunu tutar və həccini yerinə yetirər və ərinə itaət edər, Əlinin (ə) haqqını ki, itaəti vacib olan İmamdır, tanıyar - behiştin səkkiz qapısının hansından istəsə, behiştə daxil olar". Ona görə də qadının ərinə görə olan ilk haqqı - ona itaət etməkdir.

2. Bəzənmək (əri üçün). Həzrət Peyğəmbər (s) buyurur: "Qadına lazımdır ki, ən yaxşı ətirdən istifadə etsin. Ən gözəl paltarını geyinsin və özünü ən yaxşı şəkildə bəzəsin".

3. Evdən bayıra icazəli çıxmaq. Həzrət Peyğəmbər (s) qadının ərinin icazəsi olmadan bayıra çıxmasını qadağan etmişdir. Əgər qadın belə edərsə, evə qayıdana qədər bütün səma mələkləri və cin və inslər onu lənətləyər.

4. Ərinə əziyyət verməkdən çəkinmək. İmam Sadiq (ə) buyurur: "Məlundur, məlundur o qadın ki, ərinə əziyyət verər. Onu qəmgin və qüssəli edər. O qadın xoşbəxtdir ki, ərinin hörmətini saxlayar, ona əziyyət verməz, hər bir halda ona itaət edər".

5. Evdə xidmət etmək. Həzrət Peyğəmbər (s) buyurur: "O qadın ki, əri üçün ləzzətli yemək hazırlayar - Allah behiştdə onun üçün müxtəlif təamlar hazırlayar. Deyər ki, dünyada çəkdiyin zəhmətlərin mükafatı olaraq ye və iç".

6. Əri ilə xoş rəftar etmək. Həzrət Peyğəmbər (s) buyurur: "O qadın ki, rifahda və çətinlikdə əri ilə yola gedər və ona itaət edər - Allah onu Əyyubun (ə) həyat yoldaşı ilə məhşur edər".

7. Özünü başqaları üçün bəzəmək olmaz. Həzrət Peyğəmbər (s) buyurur: "Öz zinətlərini ərindən başqasının nəzərində qoyma".

8. Ərinin icazəsi olmadan malını istifadə etməmək. İmam Sadiq (ə) buyurur: "Qadının icazəsi yoxdur ki, ərinin izni olmadan qul azad etsin və ya sədəqə versin, ya nəyisə bağışlasın, ya malını nəzir etsin. Ancaq vacib zəkatın, sileyi-rəhmin, ehsanın icazəyə ehtiyacı yoxdur".

Əlbəttə, qadının da əri üzərində haqları vardır:

1. Onun həyat ehtiyaclarını təmin etmək: yemək, içmək, geyinmək...

2. Ehtiram göstərmək. Həzrət Peyğəmbər (s) buyurur: "O kəs ki, evlənər, gərək ona (həyat yoldaşına) ehtiram qoysun".

3. Təmiz və pakizə olmaq, bəzənmək. Necə ki, kişi xanımını təmiz və bəzənmiş görmək istəyir, qadın da ərini bu cür görmək istəyir.

4. Xoşrəftar və xoşdilli olmaq.

5. Ailə başçısı olduğunu göstərmək. Bəzi kişilər ailənin idarə olunmasını qadınlara tapşırır və ailə işlərində ancaq qadınlar qərar vermək haqqında malik olurlar. Bu əməl kişini zəlil edər. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dünyanın ilk arxa kameralı avtomobili - VİDEO
Azərbaycanlı gənc Türkiyədə vəfat etdi
Romantik səhər öpüşünün inanılmaz zərərləri

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Zaqatalada qətlə yetirilən qadın müəllim imiş