Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
51880
az

Polis bu rayonda əməliyyat keçirdi:Tutulan var+FOTO

08:3702 Aprel, 2021
3058
  • A

Şirvanda 2,7 kq narkotik vasitə dövriyyədən çıxarılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan Şəhər Polis Şöbəsi (ŞPŞ) tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində 2,7 kiloqram narkotik vasitələr olan tiryək və heroin dövriyyədən çıxarılıb.

Əməliyyat-istintaq tədbirləri nəticəsində Biləsuvar rayonunun Günəşli kənd sakini, 1998-ci il təvəllüdlü Tahirli Əli Eldar oğlu şəhərin H.Əliyev prospektində yerləşən dayanacağın arxasından içərisində narkotik vasitələr olan zənbili özü ilə götürüb oradan uzaqlaşan zaman polis tərəfindən saxlanılıb. Saxlanılan şəxs polis şöbəsinə gətirilərək əlində olan zənbilə baxış keçirilib. Baxış zamanı zənbilin içərisindəki sellofan bağlamalardan 1,450 kq narkotik vasitə olan tiryək və 1,230 kq narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Ə.Tahirli öz izahatında qeyd edib ki, narkotik vasitələri İran İslam Respublikasının vətəndaşının telefonla tapşırığı əsasında gizli saxlanc yerindən götürərək Bakı şəhərinə çatdırmalı idi. Lakin onun bu niyyəti baş tutmayıb və polis tərəfindən saxlanılıb.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zaqatalada qətlə yetirilən qadın müəllim imiş
Zaqatalada qonaqların gözü qarşısında güllələnərək öldürülən Natavanın FOTOSU
Azərbaycanda DƏHŞƏT: kişi bacısına günlərlə ağır işgəncə verərək... - Hadisə yerindən VİDEO

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Zaqatalada qətlə yetirilən qadın müəllim imiş