Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
50384
az

Bakıda oğul xadimə işləyən anasını öldürdü

11:1211 Mart, 2021
3290
KRİMİNAL
  • A

Martın 10-da saat 09 radələrində Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi 28 ünvanında yerləşən çayxanada xadimə işləyən Baxşiyeva Mahirə Hüseyn qızının üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Bu barədə Oxu24.com-a  Xətai rayon prokurorluğundan bildirilib. Məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin oğlu 1990-cı il təvəllüdlü Baxşiyev Zamin Afərin oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Mahirə Baxşiyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır. Zamin Baxşiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmiş, cinayətin predmeti olan bıçaq, həmçinin iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür.

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qanunsuz ağac kəsən və ov edənlər saxlanıldı
“Ərim sağdır, mənə zəng etmişdi”- İki il öncə öldürülən Anarın xanımı
İcra başçısının qəzada ölən bacısı oğlunun FOTOSU

Yuxuda at görmək, nə anlama gəlir? - Yuxuyozma

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
Mahaçqalada güclü qasırğa olub
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Alimlər yeni pandemiyaya səbəb ola biləcək virusları aşkarlayıblar
Qanunsuz ağac kəsən və ov edənlər saxlanıldı