Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
48605
az

TƏBİB: Vaksinasiya prosesi davam edir

15:2913 Fevral, 2021
1369
CƏMİYYƏT
  • A

Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq 08 fevral tarixindən 65 yaşdan yuxarı vətəndaşlar üçün vaksinasiya prosesi davam etdirilir.

Bu barədə AZXEBER.COM-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, ölkəmizdə COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması prosesinin yüksək keyfiyyətlə təşkil edilməsi üçün bütün zəruri tədbirlər görülüb. Peyvəndləmə üçün ayrılmış tibb məntəqələrində qeydiyyat, peyvənd və postvaksinal-gözləmə otaqları yaradılıb.Bütün otaqlar zəruri tibbi və gigiyenik avadanlıqlarla təchiz edilib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 2020-ci il tarixli 377s nömrəli Sərəncamına əsasən pandemiya ilə mübarizə çərçivəsində Səhiyyə Nazirliyi,İcbari Tibbi Sığorta Agentliyi və TƏBİB birgə fəaliyyət göstərir. Vaksinasiya prosesinin optimallaşması məqsədilə Bakı şəhərində proses Səhiyyə Nazirliyi, Abşeron, Sumqayıt şəhərləri və ölkəmizin regionlarında TƏBİB tərəfindən həyata keçirilir.

Məlumat üçün qeyd edək ki, peyvəndlənmə prosesinə yanvarın 18-dən etibarən başlanılıb və ilk olaraq səhiyyə işçilərinin peyvəndlənməsi həyata keçirilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Nazir dəmiryol vağzalındakı hadisəyə görə istefa verdi
Dönər üçün ət yalnız bu yerlərdən alına bilər - Qərar
Mədəniyyət Nazirliyində Xalq artisti Yalçın Adıgözəlovla görüş oldu - Fotolar

  • TOP GÜN
  • TOP HƏFTƏ
  • TOP AY
Yuxuda pul görməyin mənası nədir... - Yuxuyozma

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
ZOBUN Dərmanı Bu İmiş - Evdə Təbii Müalicə Üsulları (VİDEO)
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Alimlər yeni pandemiyaya səbəb ola biləcək virusları aşkarlayıblar
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı