Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
47804
az

18 şəhidin məzarı Şəhidlər Xiyabanına köçürüldü

22:5930 Yanvar, 2021
3841
HƏRBİ
  • A

Vətən müharibəsində həlak olmuş və Bakının ümumşəhər qəbiristanlığında dəfn edilmiş 18 şəhidinin məzarı Yasamal rayonunda yerləşən Şəhidlər Xiyabanına köçürülüb.

Oxu24.com xəbər verir ki, şəhidlərin məzarların yerlərinin dəyişdirilməsi ilə bağlı onların ailə üzvlərinin müraciətləri araşdırılıb və problem həllini tapıb.

Qeyd edilir ki, bu məsələ ilə əlaqədar yekun qərarın qəbulu vaxtının uzanması bəzi şəhid ailələrinin övladlarının məzarlarının yerinin dəyişdirilməsi istəyi, habelə sayca əksəriyyət təşkil edən digər ailələrin övladlarının məzarlarının həmin qəbirstanlıqda qalmasına razılıq verməsi ilə bağlıdır.

Bu gün aidiyyəti orqanların nümayəndələrinin şəhid ailələrinin üzvləri ilə daha bir görüşü keçirilib. Görüş zamanı şəhid ailələrinin məzarların yerlərinin dəyişdirilməsi ilə bağlı ümumi istəyi nəzərə alınmaqla müvafiq qərar qəbul olunub.

Qərara əsasən Vətən müharibəsinin ümumşəhər qəbiristanlığında dəfn olunmuş 18 şəhidinin məzarı Yasamal rayonundakı Şəhidlər Xiyabanına köçürülüb.

Məzarların Yasamaldadakı Şəhidlər Xiyabanına köçürülməsi şəhidlərin ailə üzvlərinin və din xadimlərinin iştirakı ilə həyata keçirilib.

Qeyd edək ki, köçürülmə zamanı qəbirlərdən su çıxması halı qeydə alınmayıb, məzarlara su sızmasına rast gəlinməyib.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda hərbi xidmət müddəti QISALDILIR? - AÇIQLAMA
Bu gün Milli Qəhrəman İlqar Mirzəyevin şəhidlik zirvəsinə ucaldığı gündür
Bu gün vəfat edən hərbçimizin FOTOSU

İnəkləri üçün 4 mərtəbəli bina tikdi

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Saxta əlillik təyinatına görə saxlanılan rəis məhkəmə qarşısına çıxarılır