Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
117660
az

"Azərbaycan elminin göstəricisi ürəkaçan deyil" - Nazir

16:5709 Sentyabr, 2024
42
CƏMİYYƏT
  • A

Elmin inkişafı ilə bağlı yeni dövlət proqramı üzərində çalışırıq.

Oxu24.com xəbər verir ki, bu barədə Bakıda keçirilən Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunda Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev bildirib.

Nazir qeyd edib ki, bu Forum Azərbaycan elminin inteqrasiya nəticəsində inkişafına böyük töhfə verəcək.

“Azərbaycan elmi ciddi bir transformasiyadan keçib. Azərbaycan elminin göstəricisi, təbii ki, müasir dövrdə rəqəmlər ola bilər. Bu rəqəmlər kifayət qədər ürəkaçan deyil. Bunun obyektiv və subyektiv səbəbləri var. Biz bütün elmi məsələlər ilə eyni anda məşğul ola bilmərik. Bunu da müəyyən etmək üçün alimlərin fikri önəmlidir. Buna görə də bu forumun işi sözügedən mövzuda çox faydalı olacaq. Elə peşəkar alimlər var ki, cəmiyyət olaraq biz onların adlarını bilmirik”, - deyə nazir vurğulayıb.

Qeyd edək ki, Forumda dünyanın 23 ölkəsindən 80-dən çox azərbaycanlı alim, ümumilikdə isə 200-dən çox yerli və xarici alim iştirak edir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hərbçimiz vəfat etdi
Ukrayna səfirindən Azərbaycana təşəkkür -FOTO
İran oktyabrın 7-si səhərə qədər uçuşları ləğv etdi

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Binədə 7 evdən oğurluq edən şəxs saxlanıldı