Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
47765
az

SON DƏQİQƏ! Universitetlərlə bağlı vacib məlumat

15:5030 Yanvar, 2021
2047
REDAKTORUN SEÇİMİ
  • A

Azərbaycanda ali təhsil müəssisələrinin fevralın 15-də gözlənilən açılışının təxirə salınacağı proqnozlaşdırılır.

“Report”un əldə etdiyi məlumata görə, bunun ölkədə koronavirus infeksiyasının yeni ştammının yayılmasının qarşısının alınması ilə əlaqədar olduğu ehtimal edilir.

Hazırda bununla bağlı müvafiq qurumlar tərəfindən müzakirələrin aparıldığı və sanitar-epidemioloji vəziyyətin təhlil olunduğu barədə məlumatlar var.

Buna görə də müzakirələrdən sonra ali təhsil müəssisələrinin açılıb-açılmayacağı ilə bağlı fevralın 10-da yekun qərar veriləcək.

Qeyd edək ki, dünyanın bir çok ölkələrində koronavirusun yeni mutasiyası sürətlə yayılıb.

Xatırladaq ki, Azərbaycanda fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2021-ci il 1 fevral tarixindən tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili bərpa olunur. İbtidai sinif şagirdləri və məktəbəqədər hazırlıq qrupları üçün məktəblərdə dərslər qismən bərpa edilir.

Belə ki, 1-4-cü siniflər üzrə əyani təhsilin iri şəhərlərdə, o cümlədən Bakı, Sumqayıt və Abşeronda həftədə 3 dəfə, digər bölgələrdə isə həftədə 4-5 dəfə olmaqla bərpasına qərar verilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Saat 17:00-a olan seçici fəallığı: Seçicilərin 33,82 faizi səsvermə hüququndan istifadə edib
Saat 15:00-a olan seçici fəallığı: Seçicilərin 29,49 faizi səsvermə hüququndan istifadə edib
Saat 12:00-a olan seçici fəallığı: Seçicilərin 20,39 faizi səsvermə hüququndan istifadə edib

İnəkləri üçün 4 mərtəbəli bina tikdi

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Saxta əlillik təyinatına görə saxlanılan rəis məhkəmə qarşısına çıxarılır