Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
47694
az

Bu ölkədən Azərbaycana gətirilən qoz ləpəsi istehlak üçün yararsızdır - RƏSMİ

18:5029 Yanvar, 2021
2091
CƏMİYYƏT
  • A

Ukraynadan Azərbaycana idxal edilən qoz ləpəsinin istehlak üçün yararsız olduğu aşkarlanıb.

Bu barədə BAKU.WS-ə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildiriblər. Qeyd olunub ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.

Ukrayna Respublikasında fəaliyyət göstərən "Oyl Trade 2000" MMC tərəfindən istehsal olunan və Azərbaycan Respublikasına fiziki şəxs İbrahimov Üzeyir İbrahim oğlu tərəfindən idxal olunan 24 ton qoz ləpəsi məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib. Baxış zamanı məhsullardan götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Aparılan müayinələr nəticəsində qoz ləpəsində kif göbələkləri aşkar olunub. Bu da məhsulların texniki normativ hüquqi aktların tələblərinə uyğun olmadığını göstərir.

Agentlik tərəfindən məhsulların istehlak üçün yararsız olması ilə bağlı qərar qəbul edilib və həmin məhsul partiyasının satışına icazə verilməyib. Hazırda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İş adamı azərbaycanlı müğənniyə bahalı hədiyyə aldı -VİDEO

İndi əsas məsələ budur -Zelenski
Mehriban Ələkbərzadənin bu sözlərinə görə işdən çıxdım” -Corc görün nələr danışdı

İnəkləri üçün 4 mərtəbəli bina tikdi

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Saxta əlillik təyinatına görə saxlanılan rəis məhkəmə qarşısına çıxarılır