Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
47637
az

Balina əti haqqında

22:1428 Yanvar, 2021
1777
  • A

Balina ətindən ən çox bizim eramızdan 800 il əvvəllərdə istifadə olunub. O zamanlar kütləvi balina ovu ilə məşğul olunub. Ovda əsəs məqsəd isə balinanı ovlamaq və onun yağından istifadə eləmək olub. Balinaların ətindən istifadə edilməyə başlandıqdan sonra isə onların ovlanması sürətlə çoxalıb. Bu balinaların sayının azalmasına səbəb olduğundan balina ovuna qadağa qoyulub. İndi bəzi balina növlərinin sayı tamamilə azalıb. Balinaların sayının azalması ekoloji problemlərin də meydana gəlməsinə səbəb olduğundan okean sahillərində yerləşən dövlətlər onların qorunması istiqamətində ciddi tədbirlər aparır. Balina ətinin tərkibində çoxlu miqdarda civə var. Bu normadan 900 dəfə çoxdur. 60 yaşlı adamın 15 qram balina ciyəri yeməsi Ümumdünya Səhiyyə Təşlkilatının təsdiqlədiyi civə normasının həddini aşmış olur. Az miqdarda balina ciyəri yemək orqanizmin zəhərlənməsinə səbəb ola bilir. Balinanın ağciyərlərində və böyrəklərində də civənin miqdarı normadan çox artıqdır. Buna görə də balinanın daxili orqanlardan qidalanma vasitəsi kimi istifadə olunmasına qadağa qoyulub. Balina ətindən əsasən şimal bölgəsində yaşayan insanlar istifadə edirlər.
Necə seçməli?
Balina əti alarkən onun rənginə və üzərində ləkələrin olub olmamasına diqqət yetirmək lazımdır. Ətin rəngi parlaq, tünd çəhrayı və ya qırmızı, həm də ləkəsiz olmalıdır.
Necə saxlamalı?
Balina ətini digər ətlər kimi soyuducuda bir neçə gün saxlamaq mümkündür.Uzun müddət balina ətini saxlamaq üçün onu dondurucuya qoymaq lazımdır. Dondurucuda balina ətini 6 ay saxlamaq mümkündür.
Qida sənayesində
Balinanın çəkisi 160 tona qədər ola bilir. Onun ətindən, yağından və bulyon hazırlamaq üçün sümüklərindən istifadə olunur. Balina ətindən qızartma, soyutma, ətlərin, paştetlərin, soyuq qəlyanaltıların və ət souslarının hazırlanması zamanı istifadə olunur. Balina ətinin xüsusi qoxusu olduğuna görə onu bişirməzdən əvvəl texniki işlətmədən keçirmək lazımdır. Bunun üçün əti bişirməzdən əvvəl ən azı 20 dəqiqə qaynadıb suyunu atmaq lazımdır. 100 qram balina ətinin qida dəyəri:
- Zülallar - 22,5 qr
- Yağlar - 3,2 qr
- Su - 73,1 qr
- Kalori - 119 kKal.
Balina ətinin qidalılıq dərəcəsi mal ətininkinə daha çox oxşayır. Onun 18-20%-ni zülallar və 2%-ni yağlar təşkil edir. Ətin tərkibi PP, B2 vitaminləri, kalsium, xrom, natrium, kalium, fosfor, dəmir və maqniumla zəngindir. Balina ətinin tərkibi faydalı elementlər və orqanizm üçün vacib sayılan bioloji aktiv maddələrlə zəngindir. Ondan mütəmadi olaraq istifadə etmək qanda xolesterinin miqdarının azalmasına, mədə-bağırsaq, ürək və damar fəaliyyətinin yaxşılaşmasına səbəb olur.
Balina ətinin tərkibində olan E vitamini orqanizmin qocalmasının qarşısını alır, dəri xəstəliklərini müalicə edir və damar divarlarını möhkəmləndirir.
Balina ətinin tərkibində olan vitaminlər yaddaşın və beyin qan dövranının yaxşılaşmasına, depressiyanın aradan qalxmasına səbəb olur.
Balina ətində olan mikroelementlər ürəyin və sümüklərin möhkəmlənməsinə səbəb olur, qalxanabənzər vəzin fəaliyyətini yaxşılaşdırır.
Balina ətinin zərərli xüsusiyyətləri
Balina ətinin zərərli olması onun düzgün saxlanılmadığı zamanlarda meydana çıxır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

24 yaşlı oğlan qətlə yetirildi: saxlanılan var
Sevil və Sevinc bacıları efirdə ağladı: “Səndən başqa heç kim...”
Şifrəsiz

Süni intellekt ölümlərin qarşısını alacaq

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Mehriban Xanlarovaya hücum oldu - Avtomobilinin qarşısını kəsdilər +VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
MÖCÜZƏ! Bir dəstə Şüyüd 10 Xəstəliyi belə SAĞALDIR
“Nadzor” işlədiyi təcridxanaya dustaq kimi getdi