Azərbaycan tərəfi ikinci Qarabağ müharibəsində həlak olmuş iki erməni hərbçinin meyitini Ermənistana təhvil verib.
Oxu24.com-un xəbərinə görə, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Qeyd edilir ki, onlar bu günə kimi itkin düşmüş sayılırdılar.
Bununla da Qarabağda meyitləri tapılan erməni hərbçilərin sayı 1 232 nəfərə çatıb.
Qeyd edək ki, bunlar itkin sayılan erməni hərbçilərin sayıdır. Ermənistanın Səhiyyə Nazirliyi daha əvvəl müharibədə həlak olmuş 3 300-dən çox hərbçinin meyitinin ekspertizadan keçirildiyini xəbər verib.
Bu gün itkin erməni hərbçilərin axtarışları Şuşada, Hadrutda, Cəbrayılda və Füzulidə də davam etdirilib.
Oxu24.com
ŞƏRHLƏR