Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
45984
az

SON DƏQİQƏ! Polis əməliyyat keçirdi: Tutulan şəxsin şok əməlləri üzə çıxdı

00:1907 Yanvar, 2021
2179
SON DƏQİQƏ
  • A

Şəmkirdə bibisinin evini qarət edən şəxs saxlanılıb. 

APA TV-nin yerli bürosunun xəbərinə görə, rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şiştəpə kəndində oğurluq edən 23 yaşlı Elşən Həsənov tutulub. 

Araşdırmalar zamanı məlum olub ki, o, ötən ilin dekabr ayının 28-də kənddə, bibisinə məxsus evdən 1500 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb. 

Müstəntiq Rauf Sadıqov deyir ki, davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun cari ilin yanvar ayında da eyni ünvandan 1800 manat nağd pul və 7000 manat dəyərində qızıl-zinət əşyalarını oğurladığı və evi yandırmaq istədiyi məlum olub: “Oğurluq yolla əldə edilən qızıl-zinət əşyalarının bir qismi isti izlərlə tapılaraq maddi sübut kimi tanınıb və işə əlavə edilib”. 

Saxlanılaraq istintaqa təhvil verilən Elşən Həsənov oğurladığı qızılların bir qismini lombarda girov qoyduğunu və əldə etdiyi pulları xərclədiyini bildirib: “Fikirləşdim ki, necə edim bilməsinlər. Aynanı açdım, içəri butulkada benzin töküb yandırdım. Ancaq yandıran vaxt tez aynanı örtüm. Dedim qoy tez keçsin, hava olmasın keçsin. Həmin vaxt sumkanı və digər əşyaları da götürdüm”.  

Faktla bağlı cinayət iş açılıb, istintaq davam etdirilir. 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İtkin düşən hərbçimizin ölümü ilə bağlı cinayət işi başlandı
İtkin düşən əsgərimizin nəşi tapıldı
Daha bir mühüm iclas Şuşada keçirilə bilər

BU içki yumurtalıq xərçəngi riskini azaldır

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Mehriban Xanlarovaya hücum oldu - Avtomobilinin qarşısını kəsdilər +VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
MÖCÜZƏ! Bir dəstə Şüyüd 10 Xəstəliyi belə SAĞALDIR
Ölkəyə 42 kq narkotik gətirən 2 narkokuryer saxlanıldı - FOTO