Azərbaycanın 44 gün davam edən və ordumuzun inamlı qələbəsi ilə başa çatan Vətən Müharibəsi neçə-neçə həyat hekayəsi, qəhrəmanlıq salnaməsi ilə yaddaşlara həkk olundu.
Qarşılarına 30 ilin həsrətinə son qoymağı məqsəd qoyanlar ömürlərinin baharında, gənc yaşlarında bu amal uğrunda qəhrəmancasına canlarını fəda etdilər. Gözlərini də qırpmadan “Vətən sağ olsun” dedilər.
Elə 20 yaşlı şəhid gizirimiz Rüstəmov Zamin Səxavət oğlu kimi...
Şəhid gizirimiz 2000-ci il oktyabrın 17-də Füzuli rayonu Aşağı Yağlıvənd kəndində doğulub.
Zamin hərbi xidmət zamanı yüksək nizam intizamı, mərdliyi və cəsurluğu ilə seçilib.
O, İkinci Qarabağ Müharibəsinə könüllü yollananlardandır. Cəbrayıl, Zəngilan və Horadiz uğrunda gedən döyüşlərdə iştirak edən gizir çox sayda düşməni məhv edib.
Zamin oktyabr ayının 23-də döyüş tapşırığını yerinə yetirərkən Zəngilan rayonu Ağbənd qəsəbəsində qəhrəmancasına şəhid olub.
Qeyd edək ki, Zamin Rüstəmov ölümündən sonra Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.
Şəhidimiz atası Səxavət Rüstəmovun ən böyük arzusu isə evin tək oğul övladının adının, onun bitirdiyi Füzuli rayon Aşağı Yağlıvənd kənd Uşaq Musiqi Məktəbinə verilməsidir.
Oxu24.com
ŞƏRHLƏR