Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
43329
az

ABŞ-dan qəribə bəyanat: "Dağlıq Qarabağ münaqişəsinin güclə həlli mümkün deyil"

22:5503 Dekabr, 2020
712
DÜNYA
  • A

“Vaşinqton Bakı və İrəvanı ATƏT-in Minsk Qrupu həmsədrləri ilə danışıqları bərpa etməyə çağırır. Qrupun fəaliyyətinin yenidən bərpa etməkdə məqsəd bölgədə uzunmüddətli sülhə nail olmaqdır”.

KONKRET.az xəbər verir ki, bu sətirləri 3 dekabr cümə axşamı, ATƏT ölkələri Xarici İşlər Nazirləri Şurasının iclası zamanı ABŞ dövlət katibinin birinci müavini Stephen Biegun söyləyib. O, muzdluların dərhal Dağlıq Qarabağ ərazisini tərk etməyə, Bakı və İrəvanı isə onların gedişlərini asanlaşdırmağa çağırıb.

Qeyd: Azərbaycanla ABŞ arasına 10 saatlıq zaman fərqini bilirdik. Amma görünən odur ki, ABŞ-ı Azərbaycandan ən azı 2 aylıq zaman fasiləsi ayırırmış. Belə olmasa idi, ABŞ müharibənin qurtarmasından və əsaslı sülhün bərqərar olmasından 23 gün sonra deməzdi ki, “Münaqişənin güclə həlli mümkün deyi”.

Üstəlik Amerika Azərbaycanı və Ermənistanı muzdluları yola salmağa çağırır. Burda Məşədi İbadın bir ifadəsi yada düşür: “Heyvanına şükür…” Gör dünya kimlərin və hansı ölkələrin ümidinə qalıb. Bu bəyanat əslində ABŞ-ın və Qərbin mahiyyətini göstərir. Dağıl a, dünya…

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Priqojinə qəbirüstü abidə qoyuldu
Hindistanda ən isti rekord qeydə alındı
Gürcüstanda “Xarici təsir” qanununu spiker imzalayacaq

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Xırdalanda soyğunçuluq edən şəxs tutuldu