Qaynar xətt:

(+99450) 247 90 86

Son dəqiqə!  Düşmən geri çəkilir

SON DƏQİQƏ

1010

29.10.2020, 11:38

Azərbaycan Ordusunun endirdiyi zərbələr nəticəsində Ermənistan silahlı qüvvələrinin bölmələri geri çəkilməyə məcbur edilir.
Bu barədə Oxu24.com-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, düşmən xeyli itki verir, onun döyüş texnikası sıradan çıxarılır: "Ermənistanın hərbi rəhbərliyi də artıq buraxdıqları səhvləri etiraf etmək məcburiyyətində qalıb. Onlar düşdükləri ağır vəziyyətlə barışmağa məcburdurlar. Biz torpaqlarımızı azad etdikcə düşmənin xeyli sayda silah-sursatını qənimət kimi götürürük. Beynəlxalq humanitar hüquq normalarını kobudcasına pozan Ermənistan silahlı qüvvələri dinc sakinlərı və mülki infrastrukturı hədəfə alır. Azərbaycan Ordusunun qarşısında yalnız bir tapşırıq var – mülki insanlara ziyan vurmadan ancaq hərbi obyektlərə zərbə endirməklə torpaqları işğaldan azad etmək".