Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
40647
az

Düşmənin nə qədər canlı qüvvəsi məhv edilib? — Prezidentdən AÇIQLAMA

21:3928 Oktyabr, 2020
509
HƏRBİ
  • A

“Azərbaycanda olan məlumata görə, sentyabrın 27-dən Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatlar zamanı Ermənistanın canlı qüvvədə itkiləri təxminən 5 min nəfər təşkil edir”.


Oxu24.com xəbər verir ki, bunu Prezident İlham Əliyev “İnterfaks”a müsahibəsində deyib.


Dövlət başçısı bildirib:


“Deyə bilərəm ki, bizim ehtimallara əsasən, Ermənistanın hansı itkiləri ola bilər. Bizdə olan məlumata görə, Ermənistan tərəfinin yalnız canlı qüvvədə itkiləri 5 min nəfər və daha artıq ola bilər, bir qayda olaraq, yaralıların sayı 2-3 dəfə artıq olur”.


“Bizim itkilərə gəlincə, mən demişəm, biz onları hərbi əməliyyatlar bitəndən sonra elan edəcəyik. Ancaq deməliyəm ki, bizim itkilərimiz dəfələrlə azdır”, - deyə Prezident əlavə edib.


“Hərbi qarşıdurmaların xarakteri, mürəkkəb relyef, ermənilərin 30 il ərzində inşa etdikləri istehkamları nəzərə alaraq hesab edirəm ki, hər bir insanın həyatı çox dəyərlidir, lakin bütün bu amilləri nəzərə alaraq, bizim itkilərimiz minimaldır”, - deyə dövlət başçısı bildirib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu gün şəhid polkovnik-leytenant Raquf Orucovun doğum günüdür
Pərviz Xəlilzadə xəstəxanada açıqlama verdi - VİDEO
Bu gün Şükür Həmidovun şəhid olduğu gündür

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
8700 manatlıq iribuynuzlu heyvan oğurlayan şəxs saxlanıldı