Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
40575
az

Erməni komandir qaçan əsgərlərini telefona çəkib yaydı -Şok video

22:2526 Oktyabr, 2020
2482
OXU24 TV
  • A
Ermənistan ordusunun hərbçiləri arasındakı nizam-intizamsızlığa dair yeni videogörüntü yayılıb. “Report”un məlumatına görə, hərbçilər arasındakı dialoqda əsgərlərin acınacaqlı durumda olduğu, habelə zabit-əzgər münasibətlərindəki qarşıdurmanın ən yüksək həddə çatdığı əks olunur. - Biz 10 gündür ki, bura gəlmişik. Yiyəsiz şəraitdə qalmışıq. - Yiyəsiz olmamısınız! Mən sizin başınızın üstündə olmuşam. - Nə edəcəyimizi bilmirik. - Qaçanda bilməyəcəksiniz də! - Silah atəş açmır! - Ver bura! Baxım görüm! Silahın atəş açmır?! Silahı hər dəfə atəş açandan sonra təmizləmək lazımdır. Bəs palçığın içində dava edirsən! (silahdan atəş açır-red) Niyə atəş açdı?! Al tut! (silahı verir-red) Gəlin irəli! İndi mənimlə birlikdə piyada vuruşmağa gedirik! - Mən konkret irəli getməyəcəyəm! - Bunun üzünü çəkin! Birləşdir, bunun üzünü göstər. - Birləşdirmə! Birləşdir! Sözümü deyim! Deyim ki, yiyəsiz camaatın çəkməsi yoxdur ki, geyinsin. - Bəs ayağınızdakı nədir?! - Mənim varımdı. O birinin yoxdur?! - Kimin yoxdur?! - "Buşlat" yoxdur, yağış, palçığın içindədirlər. - Yalan deyirsən! Mən hərbi hissə komandiriyəm. Millət, baxın! Bizim erməni xalqı neçə geri qaçır! - Millətim, baxın! Erməni xalqı qaçmır. Erməni xalqının yiyəsi yoxdur, erməni xalqına xəyanət ediblər! - Hərbi hissə komandiri cənab Mikayelyan, mən bunu sizə şəxsən göndərəcəm. Bu sözləri deyən, danışan razdanlıdır. - Cənab Mikayelyan, sizin həmkəndlinizəm, Vartgezin oğluyam. Yiyəsizik! "Roqatka" ilə deyirlər ki, gedin! Silah istəyirik. Deyirlər ki, yoxumuzdur. Deyirlər, piyada tankın önünə gedin! - Baxın, çiynində "roqatka" dır?! Mən bu videonu şəxsən sənə göndərəcəyəm. Yayloyandır. Baxın, erməni milləti sənin müdafiəçilərin neçə qaçır! Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ağır qəzadan video yayıldı
İlhamə Quliyevanın oğulluğunun itkin düşməsinin DETALLARI +VİDEO

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Zaqatalada qətlə yetirilən qadın müəllim imiş