Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın işğal olunan Dağlıq Qarabağ bölgəsində erməni ordusuna qarşı misilsiz hücumundan danışıb.
Oxu24.com xəbər verir ki, bunu o, “Facebook”da yayımlanan soydaşlarına müraciətində bildirib.
“Təxminən bir həftədir ki, insanlar Azərbaycanın əks-hücumunun şahididirlər” deyib.
Paşinyan vurğulayıb ki, XXI əsrdə nadir hallarda belə miqyaslı döyüş əməliyyatları tapmaq olar.
Bundan əvvəl Paşinyan Dağlıq Qarabağla bağlı danışıqların yalnız döyüş əməliyyatları dayandırılacağı təqdirdə mümkün olduğunu söyləmişdi.
Azərbaycan Prezidenti İlham Əliyev də öz növbəsində Ermənistanın baş naziri ilə görüşlərini mənasız adlandırıb və Dağlıq Qarabağın geri qaytarılmasını tələb edib.
İşğal edilən Qarabağın şimal və cənub istiqamətlərində hazırda döyüşlərin davam etdiyi deyilir.
Dağlıq Qarabağda silahlı toqquşmalar 27 sentyabrda başlayıb. Qondarma rejimin “rəhbəri” Araik Arutyunyan Talış kəndi ətrafında və cənub istiqamətində mövqelərinin bir hissəsini itirdiyini etiraf edib.
Oxu24.com
ŞƏRHLƏR