Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
39474
az

Son dəqiqə! Ermənilərin hərbi texnika, silah-sursat və avtomobilləri ələ keçirildi

14:0630 Sentyabr, 2020
1476
REDAKTORUN SEÇİMİ
  • A
Azərbaycan ordusunun hərbçiləri erməni silahlı bölmələrinin bir neçə hərbi texnika və maşınlarını ələ keçirib. "Report"un Qərb Mərkəzinin cəbhə xəttinə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Azərbaycan Ordusu düşmənin silahlı bölmələrinin təxribat xarakterli hücumlarına qarşı taktiki döyüş və əks-hücum əməliyyatları həyata keçirib. Əməliyyat zamanı erməni hərbçilərinin bir neçəsi məhv edilib və onlara dəstək üçün gələn digər erməni əsgərləri silah-sursat hərbi texnika və avtomobillərini ataraq geri qaçıblar. Bundan başqa, ermənilər ağır artilleriya qurğularından cəbhə xətti boyu mülki əhalini hədəfə alaraq yaşayış məntəqələrini atəşə tutublar. Atılan mərmilərdən biri Tapqaraqoyunlu kəndinin ərazisində boş sahəyə digəri isə Naftalan-Qaşaltı-Tapqaraqoyunlu magistralına düşüb. Nəticədə magistrala düşən mərmi mülki şəxsə məxsus "VAZ-21011" markalı avtomobilə ziyan vursa da mərmilərin düşdüyü ərazilərdə dağıntı və tələfat olmayıb. Hazırda cəbhə boyunca erməni silahlıları tərəfindən təxribatlar davam edir və Azərbaycan ordusunun hərbçiləri tərəfindən düşmənə layiqli cavab verilir Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xankəndidə konsulluq açmaq Rusiyanın nəyinə lazımdır?
Bakıda dəhşətli anlar: Süpürgəçi qadın öldü,ofisiant yaralandı

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Zaqatalada qətlə yetirilən qadın müəllim imiş