Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
38249
az

“Lukaşenko yox, mən...” – Tixanovskayadan şok iddia

21:4227 Avqust, 2020
563
SİYASƏT
  • A

Belarusun keçmiş prezidentliyə namizədi Svetlana Tixanovskaya özünü “xalq tərəfindən seçilən prezident” adlandırıb.

Oxu24.com.com xəbər verir ki, bunu Almaniyanın “Bild” nəşrinə verdiyi müsahibədə söyləyib.

“Rəsmi rəqəmlərin saxta olduğunu bilirsiniz. Mən insanların səs verdiyi bir qadınam, çoxluğun seçdiyi liderəm”, - Tixanovskaya qeyd edib.

Tixanovskaya Belarusu azad və inamlı gələcəyə aparmaq istədiyini, amma müxalifətin Avropa İttifaqından kömək almadığını söyləyib: “Heç bir Avropa ölkəsindən heç bir maddi yardım və ya bir şey almamışıq. Ölkədəki insanlara kömək etməyə çalışan bəzi təşəbbüskarlar var”.

Üçüncü həftədir Belarusda kütləvi etiraz aksiyaları keçirilir. Vətəndaşlar Tixanovskayanın 10 və altıncı dönəm üçün namizəd olan Prezident Aleksandr Lukaşenkonun 80 səsini qazandığı seçkilərin rəsmi nəticələrinə etiraz edirlər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Paşinyan Blinkenin müavini ilə sülh prosesini müzakirə etdi
Zelenski Böyük Britaniyaya gedir
Lukaşenko Ukrayna ilə bağlı planlarını ELAN ETDİ