Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
37873
az

SON DƏQİQƏ! Azərbaycanda daha bir qadağa ləğv edildi

00:3420 Avqust, 2020
2070
  • A

Azərbaycanda daha bir qadağa aradan qaldırılıb.

Avqustun 20-dən Azərbaycanda sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilən şəhər və rayonlarda məhkəmələrin fəaliyyəti tam bərpa olunur.

Ali Məhkəmədən Oxu24.com-a  verilən məlumata görə, Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini və Azərbaycan Respublikasının ərazisində karantin rejiminin yumşaldılması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarını nəzərə alaraq məhkəmələrə aşağıdakılar tövsiyə edilsin:

1. 2020-ci il 20 avqust tarixindən etibarən sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq edildiyi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax  şəhərlərinin və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarının inzibati ərazisində fəaliyyət göstərən məhkəmələrdə bütün işlərin qəbulu və baxılması tam şəkildə bərpa olunsun.

2. Azərbaycan Respublikasının bütün məhkəmələrində:

2.1 Hakimlərin və məhkəmə aparatı işçilərinin iş rejimi ilə bağlı Nazirlər  Kabineti yanında Operativ Qərargahın tövsiyələrindən irəli gələn digər zəruri məsələlər həll olunsun;

2.2 Vətəndaşların qəbulu dayandırıldığından qəbul yalnız telefon, mobil və internet rabitəsi vasitəsi ilə həyata keçirilsin;

2.3 Məhkəmə fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən olunan zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara uyğun həyata keçirilsin. Hakimlərin, məhkəmə aparatı işçilərinin və vətəndaşların məhkəmə binalarında olduqları müddət ərzində qoruyucu maskalardan istifadə etmələri, şəxsi gigiyena, tibbi-profilaktik qaydalara, eləcə də sosial məsafəyə riayət etmələri təmin olunsun. Məhkəmələrin inzibati binalarında mütəmadi olaraq dezinfeksiya işləri aparılsın və qoruyucu-gigiyenik vasitələrlə təchiz edilsin.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rəsmi açıqlama: Saatlıq əməkhaqqı necə hesablanacaq? +VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Rəisinin ölümü ilə bağlı daha bir ŞOK: Pilot bunları deyibmiş +VİDEO

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Zaqatalada qətlə yetirilən qadın müəllim imiş