Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
36978
az

İcra Hakimiyyəti: General Polad Həşimovun adı Həzi Aslanovun adına olan küçəyə verilməyib

11:1206 Avqust, 2020
381
CƏMİYYƏT
  • A

Qəbələ şəhərinin ən böyük küçələrindən birinə general-mayor Polad Həşimovun adı verilib.

APA-nın yerli bürosunun xəbərinə görə Qəbələ şəhərinin mərkəzində yerləşən Şəhidlər Xiyabanının qarşısından keçən küçəyə Polad Həşimovun adı verilib. 1100 metr uzunluğu olan bu küçədə abadlıq işləri görülüb, səliqə-sahman yaradılıb, yeni ünvan lövhələri qoyulub.

Qeyd edək ki, Qəbələnin Vəndam qəsəbəsində anadan olan general-mayor Polad Həşimov iyulun 13-dən 14-ə keçən gecə Ermənistan ordusu tərəfindən Azərbaycanın Tovuz rayonunda törədilən təxribat nəticəsində şəhid olub.

Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Qəbələ şəhərində şəhid general-mayor Polad Həşimovun adının Həzi Aslanov küçəsinə verilməsi ilə bağlı əsassız məlumatlar yayılıb. Bununla bağlı Qəbələ Rayon İcra Hakimiyyətindən APA-nın yerli bürosuna bildirilib ki, Polad Həşimovun adı Qəbələ şəhərində Şəhidlər Xiyabanının yerləşdiyi küçəyə verilib. Polad Həşimov küçəsi başlanğıc nöqtəsi Həzi Aslanov küçəsi ilə kəsişmədən başlayaraq son nöqtəsi Arif Haqverdiyev küçəsi ilə kəsişməyədək davam edir.

Həzi Aslanov küçəsinin adı isə dəyişdirilməyib. Bu küçənin başlanğıc nöqtəsi Heydər Əliyev prospekti ilə kəsişmədən başlayaraq son nöqtəsi 1941-1945-ci illər Böyük Vətən müharibəsi zamanı həlak olmuş şəxslərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə ucaldılmış abidə kompleksinədək uzanır.

Rayon rəhbərliyi bir daha kütləvi informasiya vasitələrini, sosial media istifadəçilərini həqiqətə uyğun olmayan məlumatlar yaymamağa və ictimaiyyətdə çaşqınlıq yaratmaqdan yayınmağa çağırır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dünyanın ilk arxa kameralı avtomobili - VİDEO
Bu şəxslər dövlətdən 800 manatdan çox pul ala bilər - AÇIQLAMA
Azərbaycanlı gənc Türkiyədə vəfat etdi

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Zaqatalada qətlə yetirilən qadın müəllim imiş