8 kənd qazsız qalacaq - Bu tarixdən...
14 İyul 2025, 20:51
Qaynar xətt:
(+99450) 247 90 86CƏMİYYƏT
488
20.07.2020, 18:10
Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlılara müraciət edib.
"Report" müraciətin mətnini təqdim edir:
"Əziz soydaşlarımız! Son bir həftə ərzində erməni təxribatçılarının Azərbaycan ərazisinin Tovuz istiqamətində hücumlarına Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığı əsasında bütün istiqamətlərdə lazimı cavablar verilməkdədir. Sizin Ermənistanın bu çirkin niyyətini ifşa edərək yerli ictimaiyyətə çatdırmaqda xüsusi rolunuzu qeyd etmək istəyirik. İşğalçı dövlət bu çirkin əməlləri ilə həm də mülki əhalini hədəf alıb və müxtəlif vandalizm aktları həyata keçirilib.
Azərbaycan ordusunun təxribatçıya endirdiyi zərbələr kimi, siz də ordumuza dəstək olaraq xüsusi birlik nümayiş etdirmisiniz. 25 ölkədə 100-ə yaxın müxtəlif diaspor təşkilatı və fəalları 100-ə qədər bəyanat verib. 20 ölkədə 14 dildə 70 məqalə və xəbər çap edilib. Ümumilikdə bu müddət ərzində 20 xarici ölkədə 41 aksiya keçirilib və aksiyalarda 10 mindən çox soydaşımış iştirak edib. Bu aksiyalar mütləq şəkildə davam etdiriləcək. Xüsusi olaraq vurğulayaq ki, Ermənistan işğalçı siyasətini həyata keçirən zaman bəzi ölkələrdə ermənilər tərəfindən Azərbaycan səfirliklərinin qarşısında icazəsiz aksiyalar keçirməyə cəhdlər olub. Amma sizin birlik nümayiş etdirərək çevik müdaxiləniz nəticəsində bu aksiyaların qarşısı qətiyyətlə alınıb. Bu qəbildən olan birlik nümayişinə Polşa, ABŞ, Hollandiya və digər ölkələrdə baş verən hadisələri nümunə kimi göstərmək olar.
Biz bilirik ki, bizim soydaşlarımız yaşadıqları ölkələrin qanunlarına riayət edərək, yalnız icazəli aksiyalar keçirir. Bu onun göstəricisidir ki, azərbaycanlılar öz haqq səsini dünyaya çatdırarkən yaşadıqları ölkələrin qanunlarına əməl edir, sivil qaydalar çərçivəsində hərəkət edirlər.
Həmçinin oxuyun
Bizdə olan məlumatlara görə, erməni diasporu təşviş içindədir və müxtəlif təxribatlara əl atmaq niyyətindədir. Amma əminik ki, bizim soydaşlarımız onlara lazımı cavabı verir və bundan sonra da mütləq verəcək mütləq verəcək. Bu həftə ərzində də xaricdə yaşayan azərbaycanlılar müxtəlif beynəlxalq təşkilatların, yerli parlamentlərin qarşısında icazəli aksiyalar təşkil edəcəklər. Bu gün bizim soydaşlarımız ayaqdadırlar. İş adamları, elm adamları, tələbələr, diaspor təşkilatları, diaspor fəalları – bir sözlə Vətənin hüdudlarından kənarda yaşayan hər bir azərbaycanlı Azərbaycana bacardığı dəstəyi nümayiş etdirir.
Biz Sizi yalnız Azərbaycan Respublikasının dövlət qurumlarının rəsmi məlumatlarına istinad etməyə və Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında fəal olmağa çağırırıq.
Azərbaycanın müstəqilliyini, dövlətçiliyini və ərazi bütövlüyünü dəstəklədiyiniz üçün Sizə dərin təşəkkürümüzü bildiririk. Biz Sizinlə fəxr edirik!".
00:40 / 15 İyul 2025
Maşınla piyadanı vurdu - Həyəcandan özü də öldü
46
23:10 / 14 İyul 2025
Heydər Əliyev Fondu Zaur Rzayevin müalicə xərclərini üzərinə götürdü
166
22:36 / 14 İyul 2025
Tramp Rusiyanı 100%-lik tariflə hədələdi
44
20:51 / 14 İyul 2025
8 kənd qazsız qalacaq - Bu tarixdən...
146
19:45 / 14 İyul 2025
"İphone"lardaki bu qara dairə nə üçündür? - FOTO
84
19:23 / 14 İyul 2025
Bakıda peyda olan "qızılı adamlar" kimlərdir? - VİDEO
104
18:58 / 14 İyul 2025
Azərbaycanda ticarət mərkəzi ləğv olunur
165
17:44 / 14 İyul 2025
31 yaşlı kişi faciəvi şəkildə öldü
224
17:30 / 14 İyul 2025
Taksi sürücülərinə yeni tələb
212
17:21 / 14 İyul 2025
İQTİSADİYYAT "Bitkoin" bahalaşdı
97
16:00 / 14 İyul 2025
"O balla inəyi öldürəcəklər" - Məleykə Abbaszadə iradı maraqlı formada cavablandırdı
261
15:57 / 14 İyul 2025
Pensiyaçıların kommunal ödənişini dövlət ödəyəcək? - Deputat AÇIQLADI
147
15:45 / 14 İyul 2025
PKK-nın mağarası ələ keçirildi
133
15:32 / 14 İyul 2025
Ağır qəzada ölən qohumların - Fotosu
138
15:26 / 14 İyul 2025
Sumqayıtda dəhşət yaşandı: 36 yaşlı qadın...
446
15:20 / 14 İyul 2025
NATO-dan yeni hazırlıq
123
14:45 / 14 İyul 2025
Avtobus nasaz avtomobilin sürücüsünü vurdu: Bakıda dəhşətli qəzanın ANBAAN VİDEOSU
433
14:45 / 14 İyul 2025
Bu ölkədə güclü zəlzələ oldu
143
14:30 / 14 İyul 2025
Kreml Estoniya ordusunun HIMARS ilə Pribaltikada keçirdiyi təlimlərə cavab verib
161
14:29 / 14 İyul 2025
Bu ixtisaslar ləğv olunacaq - DİM sədri
225
14:26 / 14 İyul 2025
Gürcüstan təkzib etdi
133
14:25 / 14 İyul 2025
Təranə ilə bağlı şikayətini geri götürdü - Video
169
14:15 / 14 İyul 2025
Almanlar Ukraynaya Patriot alacaqlar
129
14:14 / 14 İyul 2025
Rusiya kəşfiyyatı NATO-nun Rusiya ilə müharibəsinin yeni ssenarisini açıqlayıb
135
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.