Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
33992
az

DİN sosial şəbəkələrdə təhqir yazanlarla bağlı hərəkətə keçdi: Həbs edilənlər var

19:0227 İyun, 2020
495
HÜQUQ
  • A

Daxili İşlər Nazirliyi bu günlərdə polisləri təbrik etmək məqsədilə videoçarx hazırlayan bir qrup gənc müğənni ilə bağlı sosial şəbəkələrdə özlərinin və ailə üzvlərinin ünvanına yazılmış təhqiramiz şərhlərlə bağlı hərəkətə keçib.

DİN-in Mətbuat Xidmətindən  Oxu24.com-a  verilən məlumata görə, əsassız olaraq təhqirə məruz qalanların müraciətləri əsasında sosial şəbəkələrdə insanları aşağılayan, onların şərəf və ləyaqətlərini təhqir edənlərin müəyyən edilərək, məsuliyyətə cəlb olunmaları istiqamətində nazirliyin aidiyyatı qurumları tərəfindən müvafiq tədbirlər həyata keçirilir: 

“Bu tədbirlər nəticəsində sosial şəbəkələrdə təhqiramiz şərhlər yazanların şəxsiyyətləri müəyyən edilərək saxlanılıblar. İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə onların hər biri barəsində protokol tərtib edilərək, yol verdikləri hərəkətlərə hüquqi qiymət verilməsi üçün məhkəmələrə göndəriliblər. 

Məhkəmədə verilən qərarlarla onların əksəriyyəti barəsində inzibati həbs, bəziləri barəsində isə cərimə qərarları tətbiq edilib. Öz yolverilməz hərəkətləri ilə vətəndaşların haqlı narazılığına səbəb olanların tapılıb, məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər hazırda da davam etdirilir. 

Odur ki, vətəndaşlarımıza, xüsusən gənclərimizə tövsiyə edirik ki, sosial şəbəkələrin onlara verdiyi, yaratdığı imkanlardan öz dünya görüşlərini, bilik və savadlarını artırmaq üçün istifadə etsinlər. Başqalarının şərəf və ləyaqətinə toxunan, aşağılayan statuslar, şərhlər yazmaqdan çəkinsinlər. 

Əvvəla başqasını söymək, təhqir etmək bir millət olaraq bizim mentalitetə yaddır, ikincisi də belə hərəkətlərə yol verən şəxs qanun qarşısında məsuliyyət də daşıyır. Odur ki, hər birimiz  rastlaşdığımız və ya narazı qaldığımız hər hansı bir məsələnin söyüş və təhqirlə deyil, yalnız hüquqi müstəvidə həllinə nail olmalıyıq”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qəza törədən  sürücülər alkoqol testindən keçməlidirmi? - RƏSMİ CAVAB
Uşakov: Putin mayın 26-27-də Özbəkistana səfər edəcək
Anar Bağırov: “Gələcəkdə Türk dünyası Vəkillər kollegiyalarının təsis edilməsini arzulayırıq”

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Zaqatalada qətlə yetirilən qadın müəllim imiş