Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
33462
az

Bu vitamin koronavirusla mübarizəyə kömək edir - ALİMLƏR

21:0819 İyun, 2020
577
TİBB
  • A

Hollandiyalı alimlər K vitamininin koronavirus müalicəsində effektiv olması barədə elmi tədqiqat aparıb.

Oxu24.com medicina.az-a istinadən bildirir ki, Canisius Wilhelmina xəstəxanasında koronavirus ağırlaşması ilə daxil olan və vəfat edən pasiyentlərdə daha çox bu vitamin defisiti aşkar olunub.

Alimlər K vitamininin hansı metodla koronavirusa üstün gələ biləcəyini açıqlayıb.
Belə ki, COVID virusu qanın laxtalanmasını pozur, tromb yaradır və ağciyərlərin elastik liflərinin deqradasiyasına səbəb olur.

Məhz K vitamini elə bir zülal sintezində tol oynayır ki, o qanın laxtalanmasını tənzimləyir və ağciyərləri qoruyur.
Bu vitamin qida ilə orqanizmə daxil olur və həzm sistemi tərəfindən vitaminə çevrilir.

Holland alimləri bu iddialarının təsdiqlənməsi üçün kliniki tədqiqatlara başlamaq fikrindədir.

Doktor Rob Yansen bildirib ki, vitamin K ilə koronavirusun profilaktikası və müalicəsi uğurlu ola bilər. Bu vitamin yalnız qanın laxtalanmasına qarşı varfarin kimi dərmanları qəbul edənlərə məlsəhət deyil. Qalan hər kəs üçün vacibdir.

"Məsləhətimiz odur ki, pandemiya dövründə hər kəs bu vitamin əlavələrini qəbul etsin. Bu vitamin sizin damarlarınız,sümükləriniz üçün vacibdir".

Qeyd edək ki, K vitamini ispanaq, brokoli, giləmeyvələr, yaşıl tərəvəzlər, holland pendirində çoxdur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
Göbələk xəstəlikləri
Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - RƏSMİ