Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
33404
az

Koronavirusun müalicəsi ilə bağlı CİDDİ XƏBƏRDARLIQ: “Bu dərmanlar həyati təhlükə yaradır”

20:5018 İyun, 2020
497
CƏMİYYƏT
  • A

“Britaniya alimlərinin apardığı tədqiqatlara görə, “Deksametazon” və “Prednezalon” ağciyərlərin müalicəsində müsbət təsir göstərir. Bu dərmanlar yeni deyil, çoxdan var və bundan əvvəl pnevmoniyanın müalicəsində istifadə olunurdu. Amma onlar reseptsiz, həkim nəzarəti olmadan özbaşına istifadə ediləcək dərmanlar deyil”.

Bu sözləri Publika.az-a açıqlamasında allerqoloq-pulmonoloq Ramin Nəriman “Deksametazon” və “Prednezalon” preparatlarının COVİD-19 xəstəliyinin müalicəsində istifadənin müsbət təsirindən danışarkən deyib.

Həkim bildirib ki, sözügedən dərmanlar bir həftədən artıq antibiotiksiz istifadə edilərsə, ağırlaşma, hətta ciddi həyati təhlükə yaradır:

“Bu, COVİD-19-un protokolunda da qeyd olunub. Hər ikisi də hormonal dərmandır, çox ciddi təsirləri var. Şəkərli diabet, nekroz, sümük nekrozu, piylənmə və s. əlavə zərərləri olan dərmanlardır. Əgər COVİD-19 əleyhinə digər müalicəni almadan təkcə “Deksametazon” və “Prednezalon” qəbul edilərsə, çox ağır nəticələrə səbəb ola bilər. Bunlar hormonal dərmanlardır. Onları qəbul etmək xəstəliyin müalicəsi olunması demək deyil, sadəcə müalicənin bir hissəsidir. Həkim nəzarəti olmadan bu dərmanları qəbul edən insanlar gələcəkdə səhhətlərində çox ciddi problemlər yaşayacaqlar. Ümumiyyətlə, insanlar bu dərmanları qəbul edəndə şok yaşayırlar, aktiv olurlar və s. Amma o hormonu dayandırdıqdan sonra əvvəlkindən daha ciddi problemlər meydana çıxır".

"Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVİD-19 haqqında protokolu var. Bu protokolda "Prednezalon" göstərilib. Hormonal dərmanlar etanola əsasən təyin edilir. Ən az əlavə təsiri olan bir vasitə kimi "Metil-Prednazolon" göstərilir. "Prednazol"un 30 ml qramı "Deksametazon"un 4 ml qramına bərabərdir. Bu, o deməkdir ki, “Deksametazon” 7-8 dəfə daha güclü təsirə malikdir. İnsanlar bilməlidirlər ki, həkim nəzarəti olmadan və digər dərmanlarla birlikdə istifadə edilmədən hər hansı xəstəliyi “Deksametazon” və “Prednezalon”la müalicə etmək mümkün deyil. Çünki bunların hər ikisi immuniteti zəiflədən dərmanlardır. Xüsusilə bir həftədən artıq qəbulu orqanizmdə olan mikroorqanizmlərin aktivləşməsinə səbəb olur. Əgər COVİD-19 orqanizmə kənardan daxil olursa, “Deksametazon” və “Prednezalon”u vurmaqla və ya tablet şəklində qəbul etməklə, sağlam insanların orqanizminin mikroflorası pozulur. Nəticədə aktivləşən xəstəliklərdən biri də vərəmdir”, -deyə pulmonoloq qeyd edib.

Ekspert adıçəkilən dərmanların ölkəmizdə reseptsiz satılmasına münasibət bildirib:

“Təəssüf ki, bizdə bu dərmanların satışına nəzarət yoxdur. Avropada nəinki “Deksametazon” və “Prednezalon” , antibiotiklər, həmçinin vitamin və qızdırmasalıcı dərmanlardan kənar digər preparatların hamısı reseptlər və həkim təyinatı əsasında verilir. Narkotik tərkibli olmayan istənilən dərmanı istənilən miqdarda ala bilərsiniz. Həkim resepti və ya müalicə müəssisəsinin möhürü tələb olunmur. Üzücü haldır ki, bu kimi məsələlərə nəzarət edilmir. Bu, dövlət səviyyəsində həll edilməlidir”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dünyanın ilk arxa kameralı avtomobili - VİDEO
Azərbaycanlı gənc Türkiyədə vəfat etdi
Romantik səhər öpüşünün inanılmaz zərərləri

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Zaqatalada qətlə yetirilən qadın müəllim imiş