Bu 5 əlaməti bir ay əvvəl hiss edirsinizsə, infarkt keçirə bilərsiniz
05 Oktyabr 2025, 16:19
Qaynar xətt:
(+99450) 247 90 86TİBB
962
15.06.2020, 10:59
Almaniyanın “Der Spiegel” nəşri dərc etdiyi bir məqalədə koronavirusun sirrini açmağa və pandemiya ilə bağlı əsas suallardan birinə cavab tapmağa çalışıb – Niyə bəziləri ölür, digərləri isə virusun varlığını hiss etmir?
Qazet.az xəbər verir ki, məqalədə kimin risk zonasında olduğunu və COVID-19-un immunitetə necə təsir göstərdiyini izah edən ekspert rəyləri yer alıb.
İndiyədək 400 mindən çox insan yeni növ koronavirusdan həyatını itirib. Virus yoluxanların təkcə ağciyərlərinə deyil, ürək, qan damarlarına və beyninə də təsir edib. Yoluxanların yarısından çoxu xəstəliyi asimptomatik olaraq keçirib.
“Der Spiegel”ə verdiyi açıqlamada Regensburg Universiteti Xəstəxanasının yoluxucu xəstəliklər mütəxəssisi Bernd Zaltzberger “milyonluq” suala cavab verməyə çalışıb.
Onun sözlərinə görə, COVID-19-un özəlliyi şiddətli iltihaba səbəb olmasıdır. Məsələ burasındadır ki, bəzi koronavirus xəstələrində immun sistemi qanda dövr edən və yoluxmuş toxumalara təmas etdikdə makrofaqlara çevrilən hüceyrələri aktivləşdirir. Həmin hüceyrələr xəstəliyin törədicisini və ya zədələnmiş hüceyrələri tanıyırlarsa, birbaşa onlara doğru yönəlir, onları əhatə edir və udurlar. Buna görə də onlar “yeyən hüceyrələr” və ya faqositlər adlanır.
Lakin ekspert qeyd edir ki, bu hüceyrələr virusa qarşı müqavimət göstərə bilmədiyi üçün problemlər meydana gəlir.
Həmçinin oxuyun
İmmun sistemi təhlükənin keçdiyini hər zaman anlaya bilmir və iltihaba səbəb olan faqositləri aktivləşdirməyə davam edir. Bu fenomen digər koronavirus və Sars-CoV-2-nin qohumu olan MERS patogeni nümunəsində də görünür.
“Bir növ açar olmalıdır”, – deyə Zaltsberger qeyd edib. “Hələ də hansı faktorların rol oynadığını dəqiq bilmirik”.
“Bu vəziyyətdə risk faktorlarının yaşlılıq, piylənmə, yüksək təzyiq və şəkərli diabet olduğunu tədiqləyə bilərik, lakin bunlardan hansının ən təhlükəli olduğu hələ də dəqiq deyil”.
Güman ki, xəstəliyin gedişatında genetik amillər də rol oynayır. Mütəxəssislər bəzi genetik mutasiyaların immun sisteminin normadan artıq reaksiyasına səbəb olduğunu bildirir. Bundan əlavə, tədqiqatçılar bir həqiqəti ortaya çıxara biliblər – kişilər qadınlara nisbətən xəstəliyi daha ağır keçirirlər.
“Cavab tapmağa çalışdığımız suallardan biri: Niyə kişilər xəstəliklə mübarizədə qadınlardan daha çox əziyyət çəkirlər? X xromosomundakı genetik dəyişikliklər bu məsələdə böyük rol oynaya bilər. Qadınlarda bu xoromosomdan iki ədəd mövcuddur. Birində nə isə yanlış olduqda, digəri çox vaxt onu sığortalayır. Kişilərdə isə bir X və bir Y xromosomu var”, – deyə Zaltsberger vurğulayıb.
Xəstəliyi asimptomatik keçirməyin sonradan bədəndə hansısa qalıcı fəsadlara yol açıb-açmadığı da məlum deyil. Bu ilin yanvarında Britaniyanın “Diamond Princess” adlı kruiz gəmisində koronavirus testi müsbət çıxan sərnişinlərin bəziləri heç bir simptom hiss etmədiklərini bildirmişdilər. Lakin sonradan həmin şəxslərdə COVID-19 üçün xarakterik olan ağciyər dəyişiklikləri aşkar edildi. Bununla belə, hələ də bu dəyişikliklərə koronavirusun səbəb olub-olmadığı tam aydınlaşdırılmayıb.
22:59 / 08 Oktyabr 2025
216
22:45 / 08 Oktyabr 2025
39
22:25 / 08 Oktyabr 2025
40
22:00 / 08 Oktyabr 2025
30
22:00 / 08 Oktyabr 2025
37
21:37 / 08 Oktyabr 2025
56
21:25 / 08 Oktyabr 2025
57
21:16 / 08 Oktyabr 2025
77
21:10 / 08 Oktyabr 2025
46
21:01 / 08 Oktyabr 2025
1783
20:45 / 08 Oktyabr 2025
48
20:16 / 08 Oktyabr 2025
392
20:15 / 08 Oktyabr 2025
64
19:33 / 08 Oktyabr 2025
61
19:32 / 08 Oktyabr 2025
52
18:20 / 08 Oktyabr 2025
57
18:00 / 08 Oktyabr 2025
63
17:00 / 08 Oktyabr 2025
83
17:00 / 08 Oktyabr 2025
82
16:40 / 08 Oktyabr 2025
86
16:35 / 08 Oktyabr 2025
120
16:32 / 08 Oktyabr 2025
84
16:30 / 08 Oktyabr 2025
77
16:05 / 08 Oktyabr 2025
300
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.