Qaynar xətt:

(+99450) 247 90 86

Xaçmazda peşə məktəbinin tələbəsi bıçaqlanıb

Xaçmazda peşə məktəbinin tələbəsi bıçaqlanıb

KRİMİNAL

640

22.09.2025, 16:52

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzinin şagirdi bıçaqlanıb.

"Report"un məlumatına görə, Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzində tələbələr arasında yaranan mübahisə bıçaqlanma ilə bitib.

Hadisə nəticəsində rayonun Yalama kənd sakini, 2008-ci il təvəllüdlü E.Şıxbabayev çoxsaylı kesilmiş-deşilmiş yaralar alıb.

Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, cərrahi əməliyyat olunub.

Hadisəni törətməkdə şübhəli bilinən Mirzəyev Elnur Şahin oğlu saxlanılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.