Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
32606
az

Məzahir Pənahovdan Mehman Hüseynova jest – Müalicəsinə pul köçürdü

11:1606 İyun, 2020
929
SİYASƏT
  • A

İsveçrədə xərçəng xəstəliyi ilə mübarizə aparan tanınmış blogger Mehman Hüseynova yardım kampaniyası davam edir.

Verilən məlumata görə, artıq bloggerin müalicəsi üçün 140 000 manat vəsait toplanıb. Mehman Hüseynov son açıqlamasında yardım edənlərin adlarını çəkməsə də onların hər birinə təşəkkürünü bildirib.

Bu arada Sfera.az-a yardım kampaniyasına qatılan bəzi şəxslərin və qurumların adı bəlli olub. Ötən gün Mehman Hüseynovun müalicəsi üçün pul keçirən qurumlardan birinin hakim Yeni Azərbaycan Partiyasınınolması haqda məlumat vermişdik. Gofundme.com onlayn resursunda yer almış məlumatda qeyd olunub ki, yardım kampaniyasına qoşulanlar cərgəsində YAP Gənclər Birliyinin də adı keçir.


Amma hakim düşərgədən Mehmana dəstək olan təkcə YAP Gənclər Birliyi deyil. Son məlumata görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov da blogger üçün pul köçürüb. Görünür, MSK sədri bu jesti ilə son parlament seçkilərində ciddi konflikt yaşadığı Mehman Hüseynova qarşı qərəzli olmadığını nümayiş etdirməyə çalışıb.


Məzahir Pənahovun Mehman Hüseynova maddi dəstək olduğunu əks etdirən fotofaktı təqdim edirik.

 

Günün  video xəbəri:

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hərbi Prokurorluğun nümayəndə heyəti Rusiyaya səfər etdi - FOTOLAR
Zakir Həsənov generalı işdən çıxardı
İlham Əliyev Rolli Van Rappardı qəbul etdi

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Narkotikin təsiri ilə maşın idarə edən sürücü saxlanıldı