Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
31894
az

Nənələrimizin resepti öskürək və boğaz ağrısını müalicə edir

11:0524 May, 2020
1018
TİBB
  • A

Öskürək müstəqil xəstəlik deyil. Bu orqanizmin refleksi, qoruyucu mexnizmidir.
Öskürəyin köməyi ilə nəfəs yollarımız bura düşən mikrob və toksinlərdən təmizlənir. Lakin bunun üçün öskürək nəm olmalıdır ki, ziyanlı agentlər seliklə birlikdə nəfəs yollarından xaric olunsun. Quru öskürək bu mənada faydasızdır.
Adətən soyuqdəymə quru öskürəkdən başlayır. Quru öskürəyi tez bir zamanda nəm öskürəyə çevirmək lazımdır. Bu işdə bizə nənələrimizin köhnə resepti kömək edəcək.
Xörək qaşığına şəkər tozunu tökün və qaşığı odun üzərində saxlayın. Şəkər əriyəndə və karamel rəngini alanda oddan götürün. Az bir müddətdən sonra şəkər bərkiyəcək. Alınmış "konfet"i sovurmaq lazımdır. Bu  öskürəyi yüngülləşdirir, quru öskürəyi nəm öskürəyə keçməyə yardım edir, boğaz ağrısını azaldır.
Şəkərə az miqdarda zəncəfil əlavə edə bilərsiniz. Zəncəfilin antiseptik xüsusiyyətlərinə görə belə "konfet"in müalicəvi xüsusiyyətləri artacaq.   
Öskürək zamanı çoxlu maye qəbul edin. Bu bəlğəmi durulaşdırır və nəfəs yollarından çıxmasını asanlaşdırır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
Göbələk xəstəlikləri
Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Murad Muradov ölməyibmiş - RƏSMİ AÇIQLAMA
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı