Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
30820
az

Səhər baş ağrılarının 8 SƏBƏBİ

20:5909 May, 2020
836
TİBB
  • A

Adətən yuxudan oyandıqdan sonra insan özünü gümrah və dincəlmiş hiss edir. Lakin bəzən biz baş ağrısı ilə oyanırıq.

Bunun səbəbi nə ola bilər?


- Yuxusuzluqdur. Yuxuya gec getmək, narahat yuxu, gecə yuxudan tez-tez oyanmaq kimi hallar səhər baş ağrılarının əsas səbəbidir.

- Həddindən artıq yatmaq. Bu da səhər baş ağrılarına səbəb ola bilər.

- Narahat yastıq. Çox böyük və ya çox kiçik yastıqda yatan insanın boyun fəqərələri damarları sıxa bilər ki, bunun nəticəsində beyinin qan dövranı pozulur və bu da səhər baş ağrılarına gətirib çıxardır. Yastıq insanın çiyni enində olmalıdır, baş yuxu zamanı nə önə, nə də arxaya əyilməməlidir.

- Saçları uzun olan bəzi qadınlar yatmazdan əvvəl saçlarını yığır. Saçlar çox sıx yığılıbsa, bu da səhər baş ağrılarına səbəb ola bilər.

- Yatmazdan əvvəl çoxlu yemək yemək.

- Susuzlaşma. Yuxu zamanı insanda susuzlaşma inkişaf edir. Susuzlaşma isə baş ağrılarının əsas səbəblərindən biridir. Mütəxəssislər yatmazdan əvvəl və oyandıqdan dərhal sonra 1 stəkan su içməyi tövsiyə edir.

- Yuxu zamanı xoruldamaq. Elmi dildə buna "apnoe" deyilir. Xoruldayan insanda yuxu zamanı nəfəsalmanın bir neçə saniyəlik dayanması müşahidə olunur ki, bunun nəticəsində beyində hipoksiya (oksigenin çatışmazlığı) inkişaf edir. Nəticədə insan səhər özünü yorğun hiss edir, baş ağrılarından əziyyət çəkir.

- Depressiya. Bu ağır nevroloji pozulma gizli inkişaf edir və uzun müddət ərzində aşkar olunmaya bilər.

Mütəxəssislər tez-tez təkrarlanan səhər baş ağrılarını təhlükəli simptom kimi qiymətləndirir və belə insanlara həkimə müraciət etməyi tövsiyə edirlər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
Göbələk xəstəlikləri
Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?

Almaniyada nadir Roma döyüşçü ayaqqabıları tapıldı

18+

Arvadının videosunu ona göstərən kəndlisini öldürdü - TƏFƏRRÜAT
Gəlin maşınında faciə yaşandı: Uşaq öldü +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Bakıda qardaş bacısını boğaraq öldürdü