Kürdəmirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun Kürdəmir rayonunu Sor-Sor kəndindən keçən hissəsində qeydə alınıb.
İmişli rayon sakini, 1966-cı il təvəllüdlü Abbas Kərim oğlu Kərimovun idarə etdiyi "Mercedes" markalı avtomobillə Kürdəmir rayon sakini, 1983-cü il təvəllüdlü Ceyhun Sabir oğlu Piriyevin idarə etdiyi "Nissan" markalı maşın toqquşub.
Nəticəsində 4 nəfər ölüb 3 nəfər isə xəsarət alıb.
Xəsarət alanlar Kürdəmir Mərkəzi Rayon Xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Oxu24.com
ŞƏRHLƏR