Samuxda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Köbər kəndinin yaxınlığında qeydə alınıb.
Belə ki, kənd sakini Elnur Süleymanov idarə etdiyi “VAZ 2106” markalı minik maşını ilə hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə avtomobil kanala aşıb. Qəza zamanı sürücünün 6 yaşlı övladı Hüseyn Süleymanov boğularaq ölüb.
Sürücü və daha bir sərnişin, 32 yaşlı Rafiq Məmmədov isə xəsarət alıblar. Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağır qiymətləndirilir.
Kənd sakinlərinin sözlərinə görə, avtomobilin qabağına heyvan çıxdığı üçün qəza baş verib.
Faktla bağlı araşdırma aparılır.
Oxu24.com
ŞƏRHLƏR