Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
30194
az

Bu şəxslərə güzəşt olacaq — AÇIQLAMA

09:4601 May, 2020
1182
CƏMİYYƏT
  • A

Pandemiya dönəmində sahibkarlara, eləcə də fiziki şəxslərə vergi ilə bağlı bir sıra güzəşt və dəstək tədbirlərihəyata keçirilir. Ancaq bu dəstək əlbətdə ki, vergilərini ödəyən və fəaliyyətini şəffaflıq prinsipləri əsasında quranlara aiddir. Bu vergi ödəyicilərinə əlavə güzəştlərin verilməsi üçün yeni təkliflər də hazırlanıb....

Pandemiyadan zərərçəkən vergi ödəyicilərinə İqtisadiyyat nazirinin rəhbərliyi ilə yaradılan işçi qrupunun hazırladığı təkliflər əsasında bir sıra güzəştlər və dəstək tədbirləri tətbiq edilir. Maliyyə dəstəyi və güzəştlərin məhz qanuni fəaliyyət göstərən şəxsləri əhatə etməsi bir daha göstərdi ki, dövlət şəffaf fəaliyyət göstərən sahibkarların yanındadır və onların pandemiya nəticəsində zərərlərini minimallaşdırmaq üçün mümkün vasitələrdən istifadə edir.

Dövlət Vergi Xidmətinin İqtisadi Təhlil və uçota nəzarət baş idarəsinin şöbə rəisi Zaur Seyidov bildirir ki, 24 min vergi ödəyicisi üzrə 240 min muzdlu işçinin əməkhaqqlarının ödənməsi üzrə quruma müraciət daxil olub. Araşdırmalardan sonra bu müraciətlərin əksəriyyəti təmin edilib. Zaur Seyidov bildirir ki, vergi ödəyicilərinin sosial yükünün azaldılması üçün Vergi məcəlləsi və sosial sığorta haqqında qanuna dəyişikliklərin edilməsi ilə bağlı təkliflər hazırlanaraq aidiyyati üzrə təqdim edilib. Bu təkliflərdə bir sıra yeni güzəştlər nəzərdə tutulur. Zaur Seyidov onu da bildirir ki, layihədə ərzaq məhsulların idxalı və dezinfeksiyaya çəkilən xərclərin vergidən azad edilməsi məsələsi də yer alır.

Təkliflərdə muzdlu işə aid olmayan gəlir əldə edən və ticarət, tikinti fəaliyyəti ilə məşğul olanların indiyədək minimum əməkhaqqının 50 faizi həcmində ödədiyi vəsait 25 faizə, eləcə də digər sahələrdə fəaliyyət göstərən fərdi sahibkarlarda isə 25 faizlik ödənişin 15 faizə endirilməsi əksini tapıb. Bundan başqa şəffaflaşma prosesi vergi proqnozlarının da 100 faizdən yuxarı həcmdə icrası ilə nəticələnib ki, bu da dövlət büdcəsinin gəlirlərinin artmasında, növbəti mərhələdə isə sosial xərclərə ayrılan vəsaitlərin artırılmasında önəmli rol oynayır. Aprel ayı ərzində əmək müqavilələrinin sayında isə 76 min artım müşahidə olunub. Bunun 10 mini dövlət sektoru, 66 mini isə özəl sektorun payına düşür.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda 9 yaşlı qız faciəli şəkildə öldü
Naxçıvanda magistral su xəttində qəza baş verib - FOTO
Naxçıvanda əhalinin sayı artıb

Marsda donmuş su aşkar edildi-FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Mehriban Xanlarovaya hücum oldu - Avtomobilinin qarşısını kəsdilər +VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
MÖCÜZƏ! Bir dəstə Şüyüd 10 Xəstəliyi belə SAĞALDIR
Regional təhsil idarəsinin sabiq müdirinin cinayət işi məhkəməyə göndərildi