Ucarda dəhşətli qətlin təfərrüatı məlum olub.
Oxu24.com xəbər verir ki, rayonun Yuxarı Şilyan kəndi ərazisində kənd sakini Qəzənfər Ə. qonşusu Mövlan tərəfindən öldürülüb. Mərhumun meyiti qan içərisində su kanalından tapılıb. Məlumata görə, qonşular arasında su üstündə mübahisə düşüb. Bu zaman Mövlan qonşusu Qəzənfərin başına lapatka ilə vuraraq başının taxt sümüyünü sındırıb. Daha sonra meyiti su bərəsinə atıb.
Hadisə ilə bağlı Space TV-də Amil Xəlilin təqdimatında yayımlanan "Gəl,dərdini danış" proqramında çok detallar açıqlanıb. Mərhumun həyat yolaşı verilişdə bildirib ki, o işdə olarkən həyat yoldaşı öldürülüb.Daha sonra qətli törədənin oğlu qadına zəng edərək bu xəbəri verib.
Mərhumun həyat yoldaşı bildirib ki, cinayət işinin istintaqından narazıdır.
Ətraflı videonu təqdim edirik:
Oxu24.com
ŞƏRHLƏR