Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
29850
az

Koronavirusla mübarizə aparan dünyadan ŞOK GÖRÜNTÜLƏR-FOTO/VİDEO

12:5527 Aprel, 2020
1069
  • A

Dünya koronavirusun yayılması ilə mübarizə apararkən, Reuters xəbər agentliyinin Latın Amerikası ölkəsi olan El-Salvadorun paytaxt şəhərində çəkdiyi fotolar dünyanı şoka salıb.

Sonxeber.az xəbər verir ki, Mərkəzi Amerika ölkəsi olan El-Salvadorun paytaxtı San-Salvadorun şimal-qərbindəki İzalco həbsxanasında çəkilən bu görüntülər Reuters agentliyi tərəfindən paylaşılıb.

El-Salvador prezidenti Nayib Bukele qeyd edib ki, ölkədə bir gündə 22 cinayət hadisəsi baş verib. Nayib Bukele, dəstə liderlərinin dəmir barmaqlıqlar arxasında ölüm əmrini verməsindən sonra məhbusların təkadamlıq xüsusi cəza rejimli otaqlara yerləşdiriləcəyi ilə bağlı əmr imzalayıb.

Prezident Bukele polisin cinayətləri araşdırarkən maksimum təcili tədbirlərinin tətbiq olunduğunu əlavə edib. Ötən ilin iyununda vəzifəyə başladığı gündən bu günə qədər ölkədə törədilən ən yüksək tək günlük cinayət sayı olduğunu deyib.

Bukele Twitterdə paylaşdığı mesajda yazıb: "Xarici dünya ilə heç bir əlaqəyə icazə yoxdur. Mağazalar bağlı qalacaq və növbəti elana qədər bütün fəaliyyətlər dayandırılacaq. Şəbəkə liderləri həbsdə təkadamlıq kameralarda saxlanılacaq" deyib.

Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq İdarəsinin hesabatına əsasən Mərkəzi Amerika ölkəsi olan Salvadorun 100 min 62 ölüm cinayəti ilə Latın Amerikasında ən çox cinayət hadisəsi baş verən ölkə olduğunu açıqlayıb.

Qeyd edək ki, El-Salvadorda koronavirusa yoluxma 298, epidemiya səbəbiylə ölkədə ölüm sayı isə 8 nəfər olub.

 

 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Alimlər zəlzələlərin yeni mexanizmlərini kəşf ediblər
6 yaşlı qız yeganə qəribə genlə doğulub
Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

Marsda donmuş su aşkar edildi-FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Bakıda məktəbdə dəhşətli anlar: Mühafizəçi məktəblini döydü
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
MÖCÜZƏ! Bir dəstə Şüyüd 10 Xəstəliyi belə SAĞALDIR
Narkoloji Mərkəzin həbsdə olan sabiq direktorundan XƏBƏR VAR