Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2978
az

Torpaqlarımızın işğalına başçılıq edən erməni general həbs edildi +

10:2217 İyun, 2018
1647
QARABAĞ
  • A
 
Deputat-general Manvel Qriqoryan və Don Pipo kimi məşhur olan kriminal avtoritet Artur Asatryan bu gün Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) tərəfindən saxlanılıblar.

Oxu24.com  Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə MTX-nın mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, həbslər Eçmiədzin şəhərində iki müxtəlif cinayət işi üzrə keçirilən operativ-axtarış tədbirləri çərçivəsində aparılıb. Axtarışlar zamanı MTX-nın tədqiqatçıları böyük miqdarda silah-sursat aşkar ediblər.

Manvel Qriqoryanla bağlı Ermənistan Cinayət Məcəlləsinin 235 maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş cinayətdən (ilkin sövdələşmə üzrə bir qrup insan tərəfindən qanunsuz odlu silahın əldə edilməsi və saxlanılması) söhbət gedir. Saxlanılma MTX-nın aldığı operativ məlumatların araşdırılması çərçivəsində həyata keçirilib. M.Qriqoryan Ermənistan parlamentinin deputatı olduğu üçün MTX Milli Məclisin spikerinə məlumat verib ki, saxlanılma Ermənistan Konstitusiyasının 96 maddəsinə (deputat toxunulmazlığı ilə bağlı məsələləri tənzimləyir) müvafiq olaraq aparılıb.
Artur Asatryanaya (Don Pipo) gəlincə, onun tutulması, barəsində hazırlanan ölümə qəsd haqqındakı cinayət işi çərçivəsində həyata keçirilib.
“Kriminal avtoritetlə bağlı axtarışlar, həyatına sui-qəsd hazırladığı ehtimal olunan insanların oğurluğu fakt üzrə qaldırılmış cinayət işi çərçivəsində Asatryanın malikanəsində, ona yaxın tikililərdə və başqa ərazilərdə aparılıb, silah-sursatlar tapılıb”,- xəbərdə deyilir.
Xatırladaq ki, general Manvel Qriqoryan Cəbrayılı və Fizulini işğal etmiş erməni ordusunun 5-ci briqadasına rəhbərlik edib. Fizuli rayonunu tamamilə məhz o qarət edib. Cani-general həm də Azərbaycan əsirlərinə münasibətdə xüsusi qəddarlığı ilə fərqlənib.



Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Latviya Parlamentinin sədri Şuşaya getdi
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Şuşada mina partladı - xəsarət alan var

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Zaqatalada qətlə yetirilən qadın müəllim imiş