Azərbaycanda gəlin 73 yaşlı qayınatasına xəsarət yetirib.
Hadisə Oğuz rayonunda baş verib. Bu gün səhər saatlarında Oğuz rayon Mərkəzi Xəstəxanasına müxtəlif dərəcəli bədən xəsarətləri ilə şəhərin Şıxəli Qurbanov küçəsində yaşayan, 1947-ci il təvəllüdlü İsgəndər Ağayev daxil olub. Müayinə zamanı yaşlı kişiyə başın və digər nahiyələrinin açıq yaraları diaqnozu qoyulub.
İ. Ağayev bildirib ki, ona ailə münaqişəsi zamanı öz gəlini xəsarət yetirib.
Faktla bağlı araşdırma aparılır. (qafqazinfo)
Oxu24.com
ŞƏRHLƏR