ARB TV-nin “Hüseynova bacıları” verilişinin növbəti qonağı xalq artisti Ceyran Haşımova olub.
Xalq artisti qızlardan ibarət ansambluna çoxlu elçi düşdüyündən söhbət açıb:
“Qızların hamısı üçün elçi düşürdülər. O vaxt Asəf Zeynallıda yoldaşımla dərs deyirdik. Yoldaşım skripka müəllimi idi. Tək getməyə qorxurdum deyə yoldaşım da icazə alırdı, bir inzibatçı kimi mənimlə gedirdi. 1966-cı ildə efirə çıxdıq deyə bizim ansamblumuza axın başladı. Kollektivimiz 25 nəfər oldu. 5 oxuyan var idi. Təranə Vəlizadə, Nəzakət Məmmədova, Raziyyə Şirinova mənim ilk müğənnilərim idi. Biz bunlarla qastrol səfərlərinə gedirdik və konsertlər verməyə başladıq. Yoldaşım da 5 il mənə kömək etdi. Elə ki, konsert bitirdi, arxamızca maşınlarla oğlanlar hücum çəkirdilər ki, biz o qızı və ya bu qızı alırıq. Deyirdik ki, ay bala, biz bura qız verməyə gəlməmişik”.
Oxu24.com
ŞƏRHLƏR