ARB TV-nin "Hüseynova bacıları" verilişinin növbəti qonağı müğənni Dana Durdana olub.
"Ölkə.Az" xəbər verir ki, müğənni oğlunun "YouTube"da yazdığı şərhdən danışıb:
"Bir izləyici mənə zəng edib dedi ki, oğlunuz "YouTube"da videonun aşağısındakı şərh bölməsinə yazıb. Sözün düzü, mən yox, menecerim cavab vermişdi. Hamı yazıb ki, "Bu xanımın hekayəsinə qulaq asdıq, İnşallah, övladı ilə görüşər". Oğlum yazmışdı ki, "Hamınız amin, amin yazırsız, amma mən istəmirəm, 2 ildən sonra mənə heç kəs lazım olmayacaq".
Özüm də görəndə çox pis oldum və dedim ki, nə olardı ki, o şərhi yazmazdı. Fikirləşirdim ki, bir gün fikri dəyişər, gələr, yenə də 16 yaşı olmasına baxmayaraq onu qucağıma alardım. Böyük və ya balaca olması heç nəyi dəyişmir, o, mənim yenə də övladımdır. Heç nə deyə bilmərəm, yenə də onu çox gözləyirəm. Bəlkə də, hər gün ona olan duam, o övladımı həyatda göyə qaldırır".
Oxu24.com
ŞƏRHLƏR