Müğənni Manaf Ağayev ATV-də veriliş zamanı işlətdiyi müəyyən ifadələrlə bağlı Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) dəvət olunub.
Oxu24.com "Report"a istinadən xəbər verir ki, onunla profilaktik söhbət aparılıb, daha sonra sərbəst buraxılıb. M.Ağayev hərəkətindən peşman olduğunu bildirərək üzrxahlıq edib.
Məlumatı BŞBPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev təsdiqləyib.
Xatırladaq ki, M.Ağayev ATV-də veriliş zamanı qadınlara qarşı zorakılığa çağırış edən fikirlər səsləndirib.
Həmin görüntüləri təqdim edirik.
Oxu24.com
ŞƏRHLƏR