Azərbaycan Sosial Demokrat Partiyasının sədri, 35 saylı Xətai üçüncü seçki dairəsinin hazırkı deputatı Araz Əlizadə nəticələri ləğv edilmiş bu dairə üzrə təkrar seçkilərdə iştirak etmək niyətindədir.
Bu barədə A.Əlizadənin özü məlumat verib. O bildirib ki, səhhəti imkan versə, seçkidə iştirak edəcək.
Qeyd edək ki, ötən ilin dekabr ayında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, deputat Araz Əlizadə üzərində cərrahiyyə əməliyyatı aparılıb. Əməliyyat zamanı deputatın böyrəklərindən daş çıxarılıb.
Xatırladaq ki, bu dairədə Rauf Arifoğlu qalib elan olunmuşdu. Amma İqbal Ağazadənin şikayəti əsasında MSK bu dairədə semkilərin nəticələrini ləğv edib. (azvision.az)
Oxu24.com
ŞƏRHLƏR