Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
24781
az

Bu şəxs hər gün prezidentə şikayət yazıb - ŞOK ADLAR

12:5819 Fevral, 2020
1357
ŞİKAYƏTLƏR
  • A

Prezident Administrasiyası quruma ən çox şikayət edən vətəndaşların adlarının açıqlayıb.

Oxu24.com  xəbər verir ki, bu haqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun rəsmi mətbuatda dərc edilmiş məqaləsində bildirilib.

Yazıda qeyd olunub ki, Prezident Administrasiyasına çoxsaylı müraciət göndərən və özünü hüquq müdafiəçisi adlandıran bəzi "mirzələr" də var. Belə "mirzələr" onlara müraciət edən vətəndaşların inamından sui-istifadə edərək yuxarı dövlət orqanlarına ard-ardınca əsassız müraciətlər göndərməyi özlərinin əsas məşğuliyyətinə çeviriblər. Bunlardan özünü hüquq müdafiəçisi hesab edən Yaşar Ağazadə təkcə 2019-cu ildə Prezident Administrasiyasına 300-dən çox müraciət göndərib.

Prezident Administrasiyasına müraciət edən müəlliflərin bir qisminin məsələlərinə dəfələrlə baxılıb müvafiq cavab verilsə də, onlar hər il israrla çoxsaylı müraciətlər göndərməkdədirlər. Onların bir çoxunun şikayətləri qanunun tələblərinə uyğun olaraq araşdırıldığına baxmayaraq, həmin şəxslərdən Administrasiyaya illərdən bəri müxtəlif mövzularda çoxsaylı müraciətlər daxil olur.

Ağdamdan Rasim Hüseynov, Səxavət İbayev, Bərdədən Zahid Mikayılov, Biləsuvardan Tacəddin Əliyev, Binəqədidən Roza Hümbətova, Zərbani Ağayeva, Füzulidən Ceyhunə Quliyeva, Goranboydan Qinyaz Süleymanov, Göygöldən Nübar Qafarova, Laçından Xanlar Tarverdiyev, Lənkərandan Nazim Məmmədov, Lerikdən İlham İbadov, Masallıdan Əlizaman Bədirov, Mingəçevirdən Vaqif Hüseynov, Yaşar və Sahibə Rəsulovlar, Nərimanovdan Kamran Rəcəbov, Rəşad Səlimli, Ülviyyə Baxşiyeva, Saatlıdan Rəsul Ağayev, Sabunçudan Nəcəf Cəfərli, Aleksandra Smolyaninova, Bahar Əhmədova, Şəmkirdən Sakit İsmayılov, Sumqayıtdan Ceyhun Əlizadə, Vaqif Əliyev, Suraxanıdan Rəşid Rzayev, Aygün Əmiraslanova, Tərtərdən Cəfər Hüseynov, Elçin Məmmədov, Ucardan Şahlar Ələkbərov, Xətaidən Svetlana Quliyeva, Yasamaldan Əzizağa İmanov, Yelena Yusupova, Sevil Səfərova, digər şəhər və rayonlardan başqaları keçən il də müxtəlif mövzularda çoxsaylı müraciətlər göndəriblər.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
"Kontakt Home" müştərilərini aldadır?

Misirdə qədim abidə tapılıb

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
Təcili tibbi yardım avtomobili ilə qəzaya düşən     xəstə      öldü