Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
24666
az

Polis bu şəxslərlə bağlı əhaliyə müraciət edib: FOTOLARA DİQQƏT!

14:5217 Fevral, 2020
1635
  • A

Sumqayıt Şəhər Polis İdarəsi və 1-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində şəhər ərazisində yerləşən bağ evlərindən silsilə oğurluqlar edən dəstə üzvləri saxlanılıblar.

Daxili İşlər Nazirliyindən  Oxu24.com-a  verilən məlumata görə, əməliyyat zamanı əvvəllər məhkum olunmuş Sumqayıt şəhər sakinləri Vasif Əzimov, Mehman Mahmudi, Ağdam rayon sakini Şükran Xələfov və Xızı rayon sakini Rza Nəcəfov saxlanılaraq istintaqa təqdim ediliblər. Araşdırma zamanı dəstə üzvlərinin Sumqayıt şəhərində 13 bağ evindən əsasən televizor, su qızdırıcı, samovar, generator, kombi aparatı, təmir-tikinti alətləri və digər məişət əşyaları oğurladıqları məlum olub. Araşdırma zamanı dəstə üzvlərinin Şükran Xələfovun təklifi əsasında oğurluq etdiklərini məlum olub.Saxlanılan şəxslər oğurladıqları əşyaları Mehman Mahmudinin avtomobili ilə hadisə yerindən aparıblar.

Faktla bağlı saxlanılan şəxslər barəsində Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-istimtaq tədbirləri davam etdirilir. Bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə mməlumat verə bilərlər.

 

 

 

 

 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Emin Ağalarovun şirkəti işçi axtarır - MAAŞ 900-1200 MANAT
Şuşada işləmək üçün işçi axtarılır - YÜKSƏK MAAŞ

Süni intellekt ölümlərin qarşısını alacaq

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Mehriban Xanlarovaya hücum oldu - Avtomobilinin qarşısını kəsdilər +VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
MÖCÜZƏ! Bir dəstə Şüyüd 10 Xəstəliyi belə SAĞALDIR
“Nadzor” işlədiyi təcridxanaya dustaq kimi getdi