Müğənni Nura Suri aylar sonra yeni mahnısını və fotosessiyasını təqdim edib.
Oxu24.com bildirir ki,sənətçi bu dəfə bəstəsi həmkarı Elçin Cəfərova, sözləri Azər Şirinə aid olan "Onunla" mahnısı ilə izləyicilərin qarşısına çıxıb.
O, lahiyə üçün kameralar qarşısına keçərək dörd obrazda fotosessiya etdirib. N.Surinin şəkillərini Məhəbbət Nəsirov lentə alıb.
Müğənni açıqlamasında tez-tez yeni işlər təqdim edəcəyini söyləyib:
"Gözlədim ki, 2020-ci il başlasın və yeni layihələrimi təqdim edim. Üç yeni mahnım da var, bəzilərinə klip çəkdirmək niyyətindəyəm. Ümumiyyətlə, dayanmaq fikrində deyiləm".
Oxu24.com
ŞƏRHLƏR